Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Möminin əlaməti “Ərbəin” ziyarəti...
"Biz də, onun adını yaşatmaq üçün canımızdan keçməyə hazır olmalıyıq"

"1400 il öncə bir qrup tanınan və hörmət olunan şəxslər İmam Hüseynə (ə) dedilərki, Hüseyn Kərbəlaya getmə. İmam Hüseyn (ə) onların cavabında “Allah məni Kərbəlada görmək istəyir” dedi. Onlar isə “Özün gedirsən get, xanımları, balaca qızları aparma. Yezid (l) sənin əhli-əyalına hörmət qoymaz” dedilər.  Vəhy mələklərinin gediş-gəliş etdiyi evdə dünyaya gələn İmam Hüseyn (ə) dedi: “Allah mənim əhli-əyalımı da mənimlə birlikdə Kərbəlada görmək istəyir”. İmam Hüseynə bu sözləri deyənlər, Yezidi tanıdıqları üçün dediklərində həqiqət var idi, düz deyirdilər. Çünki, onlar bu işin nəticəsini görürdülər. Ancaq onlar nəticənin o gün üçün görürdülər və gələcəyi görməkdə aciz idilər. Necəki, bir zaman Allah Təala insanı xəlq edəndə “Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” -buyurdu. Onlar cinayətləri görürdü, itaəti görmürdülər. Mücərrəd olmalarına baxmayaraq mələklər məxluq olduqları üçün elmləri məhduddur. Onlar Qabili görür, Habili isə görmürdülər. Qabil Habilə “Mən səni öldürəcəm” dediyi halda, Habil Qabilə “Mən Allahdan qorxuram, istəmirəm adım tarixdə cinayətkar kimi qalsın” demişdi. Hər elmli insan uzaqgörən demək deyil. Imam Hüseyn (ə) Aşuradan sonra insanların təbriyə olunacaqlarını, Ərbəinə yürüş edəcəklərini və İmam Zamana (ə.f) əsgər yetişdiriləcəyini görürdü. Ancaq İmama ağıl yrədənlər bu günləri görmürdülər. Ərbəin ziyarəti Əhlibeyt tərəfdarlarının əlamətidir. Ərbəin Aşuranin  davamıdır. Ərbəin Aşura məktəbinin yetişdirditi ən böyük oyanışdır. İmam Həsən Əsgəri (ə) buyurub: “Möminin 5 əlaməti var. Biri Ərbəin ziyarətinə getməsidir.” O vaxt Abbasilər Ərbəin ziyarətinə qadağa gətirdikləri zaman, ziyarətə getmək istəyənlərdən pul istəyirdi. Bəzi vaxtlarda zəvvarların əlini kəsmələrini də istəyiblər. Ərbəin aşiqləri “əl-ayaq nədir bütün varlığımızı verərik” dedilər və aşiq olduqlarını isbatladılar. Imam Hüseyn (ə) bizləri cəhalətdən çıxarmaq üçün öz başından keçdi. Biz də, onun adını yaşatmaq üçün canımızdan keçməyə hazır olmalıyıq. Allah Təala bütün peyğəmbərlərə Kərbəla ziyarətini etməyi əmr etməsədə, hamısına Kərbəlanı ziyarət etdirib. Bizi neçə km Kərbəlaya aparaq Ərbəin adlı dini eşqdir. Diqqət edin; əgər dini  eşq varsa, onu qoruyan dini qeyrətimiz də olmalıdır. Allah göstərməmiş dini qeyrətimiz yoxdursa, ona eşqi ilahi deyil, eşqi bazi deyilir. Təsəvvür edin;  bir kişi öz ailəsini sevir, lakin onların qeyrətini çəkmir. O necə sevməkdir? O cür şəxsə qeyrətsiz deyərlər. Əhli Beyti seviriksə onların qeyrətini üstümüzə çəkməliyik. Quran, Əhlibeyt – İslam dini bizim qeyrətimizdir. Həmçinin Ərbəin ziyarəti Əhlibeyt tərəfdarlarının qeyrətidir. Peyğəmbər (s.ə) : “Mən sizin aranızda iki əmanət- Quran və Əhlibeyti  qoyuram” buyurmuşdu. Dinin sütünü namaz olduğu kimi, Əhlibeytin sütunlarından biri də Ərbəin ziyarətidir.

Salam olsun, Hüseynə (ə)!!!

Salam olsun, Hüseynin (ə) övladlarına və səhabələrinə!

Salam olsun, Hüseynin (ə) zəvvarlarına, salam olsun əlləri bağlı onu uzaqdan ziyarət edən həqiqi məzlumlara!

İlahi yer üzündə tezliklə, Quran və Əhlibeyt hakimiyyətini bərqərar et!

İlahi yer üzünün bütün zalımlarını məhv et!”

İlahi İmam Zamanın (ə.f) zühurunu tezləşdir!

Əssəlamu əleykum əla ibadillahissalihin!"

Hacı Abgül Süleymanovun çıxışlarından götürülüb...

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net