Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Leyla xanım Bağırzadəyə məktub
Abgül Süleymanov və Mövsüm Səmədovun həyat yoldaşları Tale Bağırzadənin həyat yoldaşına məktub yazıblar

Abgulsuleymanov.com saytı məktubu təqdim edir

Leyla xanım Bağırzadəyə məktub:

"Ya Rəhim

“Əla innə əvliyəəl-lahi lə xəvfun ələyhim və lə hum yəhzənun”.“Bilin və agah olun! Allahın dostları üçün heç bir qorxu və qəm-qüssə yoxdur”. (Yunus surəsi, 62-ci ayə)

Allahın dostları kimlərdir? O kəslərdir ki, Ona iman gətirib hər bir şəraitdə təqvalı olarlar.  Çətin günlər hamı üçün qabağa gəlir, bu çətinliklərə gözəllik və məna bəxş edən budur  ki, çətin günündə adamın sahibi və yol göstərəni Allah-taala olsun.

Əziz bacımız Leyla, inanırıq ki, sən də məhz belələrindənsən. Çətin günlərdə sığındığın böyük bir pənahgahın var: O da Böyük və Mərhəmətli Allahın möhkəm qalasıdır. Bu pənahgaha üz gətirib sığınanlar – qəm-qüssənin qorxunun nə olduğunu bilməzlər.

Biz də bir məhbus ailəsi olduğumuz üçün bəlkə də səni digərlərindən daha yaxşı anlayırıq. Hər halda məhbus ailəsi digər məhbus ailəsinin keçirtdiyi hissləri daha aydın dərk edə bilir.

 Əziz bacımız, hər çətin günündə Quranla məsləhətləş – o sənə ən gözəl yol göstərən olacaq!

Belə olanda qarşılaşdığın hər çətinlik nə qədər böyük olsa belə, adama ağır gəlmir, bəlkə pak yolda olduğunu anlayanda bu sənə həzz verir. Bəzən bu günlər adama uzun görünə bilər, amma sıxıntısız, qayğısız günlərimizlə müqayisə etdikdə - çox azdır və mütləq çox şirin bir sonluqla nəticələnəcək. Bu şirin sonluğu, böyük qələbəni düşünəndə adam o qədər ruhiyyə alır ki, çətinliklərə ağuş açıb onları sevdiyi adam təkin qucaqlamaq istəyir...

Əsas budur ki, Allah-taala sənin həyatına 3 stimul və enerjihədiyyə edib: o üç pak övladın sənin həyat stimulun və həyat enerjindir.

Məhkəmə önundəki çıxışlarını dəfələrlə dinlədik, sözün düzü, heyran qaldıq! Sən xalqımızın mərd və şücaətli gənc dişi aslanısan! Bundan artıq nə demək olar ki...

Bir günahsız məhbus üçün zindanın soyuq divarları arasında gün keçirtmək çətin olsa da, zindandan bayırda bugünkü Azərbaycan reallığında atası zindan həyatı yaşayan uşaqları böyütmək , onların gündəlik qayğılarını çəkmək heç də zindanda olmaqdan asan deyil. Əslində bir məzhəkə olan bu məhkəmələrin 1 ildən çox çəkməsi, oradakı olaylar, insanların arasından dostu-düşməni tanımaq, bəzilərində zahirən insan cildi altından hansı eybəcər surətin çıxdığını görmək heç də zindan həyatı yaşamaqdan asan deyil və bunlara hər adam dözə bilməz. Bütün bunlara bəzi qohumların “canınyanalıqla” verdikləri “ağıllı məsləhətləri” əlavə etsək məncə yaşadığımız mənzərəni düzgün təsvir etmiş olarıq. Özlərini “qayğıkeş” kimi qələmə verib ürəyindəki sonuncu ümidi də ciddi-cəhdlə söndürməyə çalışırlar belə üzdəniraq qohumlar. “Axı niyə hacı sizi düşünmür? “Sənin kimi cavan qadını belə problemlərə salır...”, “Oturub öz işilə məşğul olsaydı, nə olacaqdı ki?! Niyə siyasətə qarışır axı?”...  və s.

Bunlara səbr etmək üçün möhkəm iradə, güclü iman lazımdır. Görünür ki, sənin Allaha olan sarsılmaz hüsnü-zənnin getdikcə səni möhkəm bir dağa döndərib. Elə bir dağ ki, dostlar ona sığınır, düşmənlər isə ondan çox çəkinirlər...

Allah-taala heç vaxt ona hüsnü-zənni olan qulunu tək buraxmır. Onun lütfünə, mərhəmətinə xoş ümidi olanı Allah heç vaxt naümid etmir.

Bəziləri buna inana bilməsə belə ...

Bəziləri inana bilmir ki, axırda qələbə, zəfər, uğur və hər bir yaxşılıq haqqla olacaq. Və son ancaq çətinliklər üçündür... Belə şəxslər Allahın nüsrətinə və köməyinə inanmırlar...

Ürəklərində belə deyirlər, axı necə ola bilər ki, böyük və güclü qüdrətlər qarşısında əliyalın zəfər çala biləsən?...

Qısası, Allaha sui-zənn edirlər!  İnanmırlar! Təəssüf ki, imansız və düşüncəsiz kütlələr də onlara inanır və onların sözünü “məntiq”, “uzaqgörənlik” və buna oxşar hesab edirlər. Bax buna deyirlər, Allaha qarşı sui-zənnə uzaqgörənlik donu geyindirmək! Münafiqlər beləcə özlərini avam insanların gözündə ağıllı və uzaqgörən cilvələndirirlər! Tarixə baxsaq, görərik ki, nəmrudlar, fironlar, yezidlər, və s... qarşısında kimlər qələbə çalıb.  1400ildir kimin üçün əzadarlıq edilir? Hər il də bu mərasim saysız-hesabsız insanların axınıyla genişlənməkdədir. Belə ki, bütün dünya buna heyran qalır...

Ağıllı əslində o kəsdir ki, qorxu ilə deyil, ağlı ilə düşünür və ən böyükqüdrət olaraq yalnız Allahı görür! Beləliklə, əziz bacımız, bu zahirən “ağıllı” və “canıyananları” heç vaxt ciddiyə alma. Çünki, ilk günlər hər gün, hər saat sənin beynini yeyəcəklər, amma bir neçə gündən sonra heç sənin salamını belə almayacaqlar!

Əziz bacımız Leylacan, ümidin ancaq Allaha olsun! Ki, elə belə də var!

Çox düzgün deyiblər ki, hər şücaətli və mərd kişinin arxasında hökmən ondan da şücaətli və mərd bir xanım durur. Bir söz də deyim ki, inşAllah, günahsız məhbuslarımız başıucalıqla Azadlığa çıxanda deyə bilməzlər ki, böyük işləri tək kişilər yerinə yetirə bilər haa...

Hörmətlə: Zəhra Süleymanova, Mehparə Səmədova

Digərləri

Leyla xanım Bağırzadəyə məktub
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Abgül Süleymanovun təcridxana xatirələrindən (ikinci hissə)
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Abgül Süleymanovun təcridxana xatirələrindən...
Müqavimətdən əl götürən deyilik!
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
"Bu yolu davam etdirə bilən müqavimətçilər var..."
"Söz içində söz" verilişinin bu dəfəki buraxılışı Hacı Abgül Süleymanovun doğum gününə həsr olunub
Hacı Abgül Süleymanov "20 Yanvar" faciəsindən yazdı
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
Cinayətsiz cəzalar və sarsılmaz müqavimət (Video təhlil)
Ruhaninin məhkəməsi keçiriləcək
"Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik"
"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
Hacı Abgül Süleymanovdan məktub var
Şəhid Mübarizin evini ilk ziyarət edən Hacı Abgül olmuşdu...
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Hacıcan, bilirsən niyə həbs edilmisən?
"Zindanda olmaq məğlubiyyət deyil"
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net