Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
"Hacı Abgül mübariz şəxs və nümunəvi ailə başçısıdır" (Müsahibə)
İslamazeri.az 11 il həbsə məhkum edilmiş mübariz ruhani hacı Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanovadan müsahibə alıb

Salam....
...hacının yoxluğu sizin üçün çətin deyilmi? 
- Əleykuməs salam. Bismillahir rəhmanir rəhim və bihi nəstəin innəhu xəyrun nasirin və muin. Mübarək rəcəb ayındayıq. Bu ayda bütün müsəlmanlara ibadətlərinin qəbulunu və bu aydan layiqincə bəhrə aparmağı arzulayıram. 
Hacı Abgül kimi insanın bizim aramızda olmaması çətin olmaya bilməz. Hədisdə də buyurulduğu kimi: “Evin başçısının ev əhlinin üzərində olmağı, peyğəmbərin öz qövmünün arasında olmağı kimidir.”
Bu çətinliyi ailə başçısından bir müddət uzaqda qalan hər bir insan hiss edir. Bu qaçılmazdır. Amma hərbir çətinliyi yüngülləşdirən və ya aradan aparan insanın imanıdır. Çətinliklər vaxtı səbrin dərəcəsi imanın ölcüsü qədərdir. Zindandakı məhbuslar və ailələri də bu cürdür. Səbr imanla ölcülür. Kimin imanı nə qədərdirsə səbri də o qədərdir. 

Artıq iki ildir ki, ailənin rəhbəri zindandadır. Onunla görüşə bilirsinizmi? 
- Hacı tutulduğu gündən bir il ərzində nə hacıdan bir xəbər ala bildik, nə də görüşə bildik. Bu bir ildən sonra keçirilən məhkəmələrdə ilk dəfə hacını gördük. Ondan sonra nəhayət ki, ilk gorüşümüz bu ilin mart ayinda penitensiar xidmətin müalicə müəssisəsində oldu...

Hacı Abgülün övladlarının həyat tərzi, yaşamı necədir? Atalarının yoxluğu onlar üçün yəqin ki, çətindir. Onlar bu çətinliyi nə üçün yaşadıqlarını anlayırlarmı?
- Hacı Abgül övladlarını həmişə başına yığar, onlarla birlikdə və təklikdə söhbət edərdi. Onlara dünyanın və dünyaya gəlməklərinin hədəflərini başa salardı. Allaha şükürlər olsun ki, uşaqların kiçik olmalarına baxmayaraq Məhəmməd Cavadın dili ilə desək: "Mən axirəti dünyadan üstün tutub, axirəti seçirəm". Onların axirəti seçməkləri dünyadakı əziyyətlər qarşısında səbrli olmağa səbəb olur və atalarından müvəqqəti ayrılığı asanlaşdırır. 
Hacı Abgül ailədə əxlaq nümunəsidir. O uşaqlara dini ədəbləri öyrədər və bu ədəblərə özü də əməl edərdi. Hacının mübarizliyi, ondakı olan dini qeyrət və Allaha xatir hətta övladlarından, rahatçılığından keçməsi, zindana düşməsi onların əxlaqlarının və fikirlərinin böyüməsinə çox gözəl təsir etdi. Bu xüsusiyyətlər övladları üçün əməli dərsdir və sözlə olan dərslərdən daha təsirlidir. Hacı ilə dünən görüşəndə hacı azadlığa çıxmasının arzusunda olduğunu dedi. Amma bu azadlıq bizim fikirləşdiyimiz zindanın xarici, bayır deyildi. O, bu azadlıq istəyinin daha üstün bir şey olduğunu - azadə olmaq istəyidir. Bu özü uşaqlara böyük dərsdir. 

Övladlarınız hacını ata kimi daha çox sevirlər, yoxsa Hacı Abgül Süleymanov kimi?
Demək olar ki, hər ikisi. Çünki, hacı həm ata kimi nümunədir və həmçinin mübariz şəxs kimi. Amma uşaqların hacının cıxışlarına demək olar ki, hər gün qulaq asmaları, atalarının mübarizliyini, Allahdan başqa heç kəsdən və heçnədən qorxmamağını görəndə onların ataları ilə fəxr etdiklərini hiss edirəm.
Övladları onun yolunu gözləyir. Amma ata kimi yox. Bir kişi kimi, başı uca olaraq aramıza qayıtmağını gözləyirik. 

Dediniz ki, hacı Abgüllə görüşmüşük. Hacı ilə görüşəndə hacı əsas məsələlər kimi nələrdən danışırdı?
Hacı hər dəfə ilk olaraq cəmiyyətdəki məsələri və möminlərin işlərini soruşur. Sizə bildirim ki, zindandakı möminlərin bizlərdən intizarları var. İlk soruşduğu dostları və məhbus ailələri olur. Birinci hacı Mövsüm Səmədovu soruşur və onun səhhəti ilə maraqlanır. Hacı Abgül bu yolun davam etdirilməsini, hicab məsələsi və məhbusların azad olunmasını, tapdalanmış haqqların bərpası uğrunda dayanmamağa çağırır. Hər kim bu məsələlərə sussa hicaba, məhbuslara, onların ailələrinə və gözü qapıda qalmış övladlarına zülm etmiş olduğunu bildirir. 

Hacının amalı barədə nə deyə bilərsiniz?
Hacının amalı gördükləri işlərdən və bəyanatlarından məlumdur. Hacı Abgül bizim müsəlman milləti olaraq bu dövlətdə milli, mənəvi və dini dəyərlərimizə hər kəsin hörmət etməsini və dini ayinlərin yərinə yetirilməsində heç bir qadağa olmamasını tələb edir. 

Azərbaycanda və xaricdə islamofobiya ilə mübarizənin ümumi bir adı var: "müqavimət hərəkatı". Daim çıxışları, aksiyada canlı iştirakı, malı və canı ilə bu yolda xidmətinə görə, istər ölkədə olsun, istərsə də xaricdə Hacı Abgül bu hərəkatın liderlərinin öndəri kimi tanınır. Belə bir şəxsiyyətin həyat yoldaşı olaraq cəmiyyətə sözünüz nədir?
- Hamı bilməlidir ki, biz bu torpağın övladlarıyıq və müsəlmanıq. Bu milləti biz təşkil edirik. Bu millətə hörmətlə yanaşmaq və onların haqqlarını bərpa etmək lazımdır. Bu millətin yüzlərlə qızları məktəbə gedə bilmir və təhsildən uzaq qaliblar. Amma bu heç kəsi narahat etmir. Bunu problem bilmirlər və bunun həlli üçün çalışmırlar. Əgər belədirsə bunu özümüz həll etməliyik. Hər kəs Hacı Abgülü öndər bilirsə onun tutduğu yolu sona kimi yorulmadan və qorxmadan davam etməli, ona müti olmalıdırlar.
Məhbus ailələrini gözəl səbrə dəvət edirəm. Əgər bizim ağalarımız zindanda olan çətinliklərə səbr edib, əyilmirlərsə, biz də cəmiyyətdə onlardan ayrılığa səbr etməli, onların bizə əmanət etdikləri övladları layiqincə dini tərbiyədə böyüdüb müsəlman cəmiyyətinə təhvil vərməli, onların azadlığı üçün əlimizdən gələni etməliyik. Mütləq bu çətinliklər tez bir zamanda sona çatacaq. Amma bizə qalan isə bu imtahanlarda qazandıqlarımız olacaq. Bu mübarizədə bütün müsəlmanlara uğurlar arzu edirəm.
Sonda sizin sayta öz təşəkkürümü bildirir, sizin həmişə haqqı yayıb, məhbusları unutmamaqınıza görə əcrinizi Allahdan diləyirik.

Müsahibəni hazırladı Tural Əli

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net