Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Zindandan məktub: “Salam olsun müqavimət övladlarına”
Hacı Abgül Süleymanov zindandan Azərbaycan müsəlmanlarına müraciət edib

Tarix boyu zalım hakimlər haqq və ədalət fəryadını zindanlarda boğublar. 7-ci İmam Museyi Kazimdan (ə), Şeyx Nəsrəddin Tusiyə (r) qədər. Deyirlər ki, İslamın böyük mütəfəkkiri Şeyx Tusi 20 il çox ağır şəraitdə olan zindanda saxlanılıb. Onunla eyni vaxtda əsir olan rejim başçıları diri ikən ölü olduqları üçün bu gün də onlardan xəbər yoxdur. Amma Tusi bu gün də yaşayır. Çünki o, Həzrət Əlinin (ə) mənəvi övladı olub. Müvəhhidlərin və müttəqilərin mövlası Həzrəti Əli (ə) buyurur: “Diri olub əlaltı olmaq eyni ilə ölü olmaqdır, azadlığı ələ gətirən ölüm isə eyni həyatdır”.  20 il öncə Azərbaycan respublikası öz azadlığını xalqla əldə  edib. Amma çox təəssüf ki, bu gün iqtidar həmin azadlığı xalqın əlindən alıb. Azərbaycanda milli-mənəvi, dini azadlıq yoxdur. Hicablı qızları təhsildən məhrum ediblər. Onların azadlığını əllərindən alıblar. Bu necə demokratik ölkədir ki, hələ də burada qadın hüquqları pozulur? Bəşər artıq 3-cü min illiyi yaşayır. Yenə də diktatorlar  başa düşməyiblər ki, Səddam, Hüsnü Mübarək, Qəzzafi onlar üçün mücahidlər tərəfindən bir mesajdır. Bu sizi də gözləyir. 

Hicab qadağası Azərbaycan xanımına zülmdür. Özünü Həzrət Əlinin (ə) mənəvi övladı hesab edən hər kəsə əqlən və şərən vacibdir ki, müqavimət etsin.

Əgər Şeyx Tusi kimi alimlər ancaq hüquq, əhkam, əxlaq desəydilər heç kim onları şəhid etməz, sürgünə göndərməz, yaxud da zindana salmazdı. Əksinə özləri onlara imkan yaradardılar ki, qoy belə onlara zərərsiz alimlərin sayı çox olsun. Onlar da rahat xalqın sərvətini yesinlər. Halbu ki, özünü din alimi hesab edən hər kəs bilməlidir ki, o əziz İslam peyğəmbərinin(s) varisidir. Nisa surəsinin 84-cü ayəsində Allah peyğəmbərimizə əmr edir ki, “Möminləri zülmə qarşı cihada təşviq et. Əgər heç kəs sənə kömək etməsə, sən öz vəzifənə tək də olsan əməl et”. 

Kim özünü Həzrəti Muhəmmədin (s) varisi hesab edirsə möminləri etiraz etməyə təşviq etsin və özü də bu mübarək işdə öncül olsun. Çəkinmədən deyirəm. Bu işdə  islamçının fərqi yoxdur ki, sünni olsun ya şiə.  Əgər rejimə etirazı, təsiri yoxdursa, onun rukusu, səcdəsi Allah üçün deyil. Rukunun və səcdənin fəlsəfəsi odur ki, ruku edən şəxs Allahdan başqasına baş əyməsin, başını kəsilməsinə razı olsun, amma zülmə baş əyməsin. Bu, mübarək başı nizədə gedən İmam Hüseynin (ə) mücahidlərə mesajıdır. İmam (ə) başının kəsilməsinə razı oldu, amma zülmə baş əyməyə razı olmadı. Haqq acı da olsa gərək deyilsin. Bu gün hicab qadağasına etiraz etməyən kəs, zülmə baş əyəndir. Zülmə baş əymək peyğəmbərin (s) sünnə və şəriətində bidət hesab edilir. Məsum imamlardan nəql olan hədislərdə buyurulur ki, təbərrası olmayan ruhaniyə namazda bağlanmaq caiz deyil. Əlbətdə təqiyyə istisnadır. Təbii ki, təqiyyənin də şərtləri var. Əgər təqiyyə etmək İslam və islamçıları gücləndirsə, bu vaxt təqiyyə etmək şərən vacib hesab olur. Bunun əksi isə haramdır. Yəni əgər ruhaninin təqiyyə etməsi cəmiyyətdə dini fikrin, dini dəyərlərin ölməsinə, zəifləməsinə səbəb olursa, bu zaman təqiyyə etmək haram hesab edilir. Azərbaycanda dinin güclənməsini görən din düşmənləri artıq dini zəiflətmək qərarını veriblər və buna müvafiq tədbirlər də hazırlayıblar. Hicab da bu planların ən ümdəsidir. Hökumət müsəlmanları sınaqdan keçirir. Əgər islamçılar öz qeyrətlərindən, şərəf və namuslarından keçsələr, deməli hər şeylərindən keçərlər. Hicab qadağasında bir addım da olsa geri çəklilən xayindir. Uzun illər xidmət etsə belə, İslam heç kəsin keçmişinə baxmır. Bu gün kimsən o mühümdür. 

Quran buyurur: “Zalım da cəhənnəmlikdir, məzlum da”. Quran istəyir bunu desin ki, zalımlar öz planlarını məzlumların əli ilə icra edirlər.

Məzlum da 2-cür olur. Biri əli bağlı, digəri əli açıq. Bu ayədə söz əli açıq məzlumdan gedir. Yəni həm əli açıq olsun, həm də meydan açıq olsun, amma zülmə zalıma etiraz etmək cürəti olmasın. Belə məzlumun yeri cəhənnəmdir. Bacılar, qardaşlar, zalımlardan qorxmayın. Bir həqiqətə diqqət edək ki, insanın canı onun ən dəyərli sərmayəsi deyil. Bizim canımızdan da qiymətli dəyərlərimiz var. Dinin atributları, Quranı qorumaq və onun müqəddəs hədəfləri, bizim canımızdan da dəyərlidir. 
Xülasə bu gün dinin siz mücahidlərin can və malına ehtiyacı var. Bu gün əlləri kiçik olan qızların, siz mücahidlərin qüdrətli əllərinə ehtiyacı var. Mən uzaqdan siz mücahidlərin əllərini öpürəm və bununla da fəxr edirəm. Ona görə ki, Allahın əli mücahidlərin əlləri üzərindədir. 

Quranda Ənfal surəsinin 65, 66-cı ayələrində buyurulur: “Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbrli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda yüz səbrli kişi olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır. İndi Allah sizin yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbrli kişi olsa, kafirlərdən iki yüzünə qalib gələr; əgər aranızda min səbrli kişi olsa, Allahın izni ilə kafirlərdən iki mininə qalib gələr. Allah səbr edənlərlədir.”

Quran vədə verir, heç kəs sizi şəkkə salmasın. Dini həmişə az bir dəstə qoruyub. Sizin iradənizi sındırmaq istəyənlər var. Hökumət nəfsinə xidmət edənlər tərəfindən idarə olunur. 

Siz nəfsin ardı ilə gedənlərə yox, xeyir ardınca gedənlərə qulaq asın. Əsl möminlər o kəslərdir ki, sözün ən yaxşısına qulaq asar və ona tabe olarlar. Hicab düşmənləri bilsinlər ki, tezliklə üzərilərinə Muhəmməd (s) qoşunu gələcək. 

Məbadə siz əzizləri aldadsınlar. Vallah deyirəm, yol müqavimətdir. Amma məntiqli müqavimət. İmza toplamaq, konfrans keçirmək deyil. Yəqininiz olsun ki, bunların rejimə heç bir təsiri yoxdur. Müsəlmanların əqidəsi ilə oynamaq olmaz. 

Salam olsun müqavimət övladlarına.

04.10.2012

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net