Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
“Zamanın Yezidini tanı!”
“Möminlərin qəlbində imam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz”

İmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam (ə) üzünü Hürrün qoşununa tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:

 
Camaat, Allahın Peyğəmbəri (s) buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah sükut edən həmin şəxsi o hökmdarın düçar olacağı əzaba (cəhənnəm əzabına) düçar edər.”
 
Əziz Peyğəmbərimizdən nəql olunan bu hədis tək İmam Hüseynə (ə) aid deyil. Hədisin öz məzmunundan başa düşülür ki, zalım hakimə qarşı çıxmaq hər bir din fəqihinə vacibdir. Hədisin mətnində “hər kim” buyurulur, “yalnız məsum imam” deyilmir. Deməli, hamımız bu cür etiraz etməyə məsuluq. Məgər bu gün hakimiyyət Allahın haramını halal etmir? Allah qadınlara başlarını açmağı haram edir, Azərbaycan hökuməti isə deyir:  “Başınızı açın, bu qanunlar qaldı keçmişdə, biz dünyəvi dövlətik. Bu hökumətdə Allahın sözü keçmir, bu ölkənin Allahı bizik. Əgər bizdən başqa Allah qəbul etsəniz, sizi zindana salacağıq.” Eyni Fironun siyasəti. Firon da Həzrət Musaya (ə) deyirdi ki, əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq zindana salacağam (Şüəra, 29)
 
Əziz Peyğəmbərimizdən (ə) nəql olunan hədis səbəb oldu ki, İmam Hüseyn (ə) Kərbəlaya gəlib pak qanına boyandı. İmam (ə) buyurur: “Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm.”
 
Bu gün çoxları deyir ki, biz Əhli-Beytdənik. Əhli-Beyt deyir ki, “zillətə razı olan biz Əhli-Beytdən deyil.” Hədisə əsasən deyirəm, öz zəmanəsinin yezidinə etiraz etməyən kəsMəhşərə onunla birlikdə gələcək. Allaha pənah aparıram, bir ömür sinə, zəncir vurasan, İmam Hüseynə (ə) ağlayasan, amma zülmə etiraz etmədiyinə görə Məhşərə Yezid kimisi ilə gələsən. Kim kimə tabe olsa, Məhşərə də onunla gələcək.
 
İmam Hüseyn (ə) buyurdu: Mən və mənim kimilər Yezid və onun kimilərə tabe olmaz. Bu, şüar deyil. Həqiqətən də hər kəs zəmanəsinin yezidinə etiraz etmirsə, bu, tabe olmaq deməkdir. Yox, bu xalq yezid kimisinə tabe olmayacaq. Çünki 100 illərdir Hüseyn (ə) üçün göz yaşı tökür, artıq bu xalq Hüseynlə (ə) sinxiyyət tapıb, qaynayıb qarışıb. Bu xalqın damarında Hüseyn (ə) qanı axır. Biz körpə olanda anamız bizə İmam Hüseyn (ə) məclislərində süd verib. Gec-tez bu xalq qalxıb İmam Hüseynin (ə) şüarını deyəcək: “Zillət bizdən uzaqdır!” 
 
Əziz Peyğəmbərimiz (s) buyurur: “Möminlərin qəlbində imam Hüseynin (ə) qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.”
 
Kim Cənnətə getmək istəyirsə, keçən illərə nisbətdə bu məhərrəm-səfər aylarını öz canı, qanı, malı və bütün vücudu ilə gücləndirsin. Bu sözü həvayi-həvəsimə görə demirəm.
 
 
Hicab məhbusu İlahiyyatçı 
 
Abgül Süleymanov
 
 26.11.2012

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net