Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgül haqqında bilmədiklərimiz
Hacı Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova mübariz ruhani haqqında bilmədiklərimizi diqqətimizə çatdırdı

Salam. Azərbaycan inanclıları arasında Hacı Abgül Süleymanovu tanımayan demək olarki yoxdur. Onunla bağlı olan xəbərləri, müsahibə və məqalələri də diqqətlə oxuyurlar. Düşündük ki, hacının həyat yoldaşından müsahibə almaq yerinə düşərdi…

 - Əleykəssalam və rəhmətullah. Əvvəla bu gün Xocalının soyqırımı münasibətilə Azərbaycan xalqına baş sağlığı verirəm. Qeyd etmək istəyirəmki, vəziyyətimiz əvvəlkindən yaxşı olmadığı kimi pisdə deyil. Yaxşı olmamağının səbəbi Hacının olmamağıdır, pis olmamağının səbəbi isə Hacının bizi bu vəziyyətə hazırlamasıdır. O həmişə bizə İmamları, mübariz alimləri nümunə gətirib onların həyatlarından söz açardı. O ailənin mehriban başçısı, mehriban ər və ata olduğundan yoxluğu bizim üçün ağır olmaya bilməz. Lakin onun getdiyi yolla biz fəxr edirik. Bizim ailə hədəfimiz İmamlarımızın həyatından nümunə götürmək və özümüzü onlara oxşatmaqdır. Hacı İmam Hüseyn (ə)-ın yolunu gedirsə bizədə Xanım Zeynəbin getdiyi yol düşür. Bu hədəfdən övladlarımızda anlayıblar . Beləki qızımız Məryəm deyir: “Allah mənim qəlbimə eləbir rahatçılıq salıbkı,iynənin ucu qədər atamın həbsinə narahat deyiləm”.
Hacıdan sonra möminlərin ged-gəli çoxalıb. Hiss olunur ki, hərə bir yolla Allahın rizayəti üçün zindandakı insana xidmət etmək istəyirlər.

Hacı Abgül hazırda istər dini çevrə istərsədə ictimaiyyətin diqqət mərkəzində olan şəxsiyyətdir.Onun mubariz şəxsiyyət kimi hətta qeyri dindarlar da qəbul edirlər. Sizcə bunun səbəbi nədir?

-  Məryəm surəsi 96-ıncı ayəsində Allah belə buyurur: “Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində)dostluq və məhəbbət yaradacaqdır.” Bu ayəyə istinadən deyə bilərəmki, Hacı əməlində ixlasa diqqət yetirən və sadəcə Rəbbi üçün iş görən biri olduğu üçün Allah bu neməti onun üçündə şamil etdi.

Hacının  “kars”a salınması necə, sizə təsir etdimi?

 - Düzdür insanın yaxınının birinin əziyyət çəkməsini istəməz və o əziyyət çəkən zaman o da narahat olar. Lakin biraz təfəkkür edəndən sonra anlamaq olur ki, cismi əziyyət edə bilərlər ama Hacının yüksək ruhunu sındıra bilməzlər. Əsasda elə budur. Necəki Quran “Rə'd” surəsi 28 də buyurur: ”O kəslərki iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. Bu ayədən həm biz həm Hacı istifadə edir və şükr edirik ki, ruhumuz Allahın zikri ilə aramlıq tapır.

Hacı Abgülün qardaşı şəhid olub, özü isə dini cameədə bu cür şöhrət qazanıb. Bunun səbəbini nədə görürsüz?

 - Hacının ailəsi dindar olmasada çox qeyrətli olub. Məsələn babası Abgül kişi məzlumların haqqını zalimlərdən alıb özlərinə qaytarırmış. Atası Nemət isə rus dönəmində yaşamasına baxmayaraq pis adətlərdən uzaq imiş. Hətta o ailədə qeybətə icazə vermirmiş. Anası Məryəmin savadı az olmağına baxmayaraq oğlu namaza başlayandan sonra bir günə namazı öyrənib namaza başladı.
Hacının hidayət olunmasında Allahın birbaşa əli olduğunu desək yanılmarıq. Çünkü onun ətrafında namaz əhli yox idi. Özünündə dediyi kimi axşamlar ulduzlara baxıb onların yaradanları haqda düşünürdü.

Son olaraq Hacı Abgüllə bağlı əlavə nə deyəbilərdiniz?

 - Mən onunla 11 il yaşadığım müddətdə buna şahid oldum ki, o gözəl ailə başcısı və mehriban ata idi. Uşaqlarla təklikdə söhbət edib onların əxlaqı ilə məşqul olardı. Hətta onlarla oynamaqdan belə həya etməzdi. O “Fəth” surəsinin 29-uncu ayəsinin bariz nümunəsi idi: “Muhəmməd Allahın peyğəmbəridir.O nunla birgə olanlar kafirlərin qarşısında güclü və sərt,öz aralarında isə mehribandırlar”.
Həqiqətəndə o zülmə və zalıma baş əymirdi. Hətta bəzən elə olurduki gecələr səhərə qədər islamın problemlərini düşünməkdən gözünə yuxu getmirdi. O elmin aşiqi idi. Lakin sadəcə bilmək yox, bildiyinə əməl etmək də istəyirdi. Şübhəm yoxdu ki, o bunu etdi. (İslamazeri)

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net