Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hicab məhbuslarının ailəsi konfrans keçirib (Foto -Video)
“Hicab Məhbuslarının Ailələri ilə Həmrəylik Komitəsi” “Azərbaycanda qadınların inanc hüquqları: problemlər və həll yolları” konfransı keçirib

20 iyun 2013-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Hicab Məhbuslarının Ailələrinin təşkilatçılığı ilə “Azərbaycanda qadınların inanc hüquqları: problemlər və həll yolları”mövzusunda konfrans keçirilib. 

Konfransda hicab məhbuslarının ailə üzvləri ilə yanaşı ölkənin aktiv ictimai fəalliyyətdə olan xanımları, QHT-lərin təmsilçiləri, hüquq müdafiəçiləri, media mənsubları və mövzu ilə yaxından maraqlanan vətəndaşlar iştirak ediblər.  

Tədbirdə çıxış edən Hicab məhbuslarının ailə üzvləri ölkədə insan hüquqlarının bir parçası olan vətəndaşların inanclarına uyğun yaşaya bilmək haqqının mövcud durumundan ətraflı bəhs edib və bu sahədə müşahidə olunan problemlərin təfsilatını veriblər.

Daha sonra mövzu ilə əlaqədar fikirlərini bildirən konfrans iştirakçıları Azərbaycanda inanclı xanımların qarşılaşdıqları problemlərin vəziyyətini müxtəlif aspektlərdən dəyərləndirərək, fikir və təkliflərini irəli sürüblər.

Azərbaycanda insan hüquqularının tərkib hissəsi kimi dini çevrələrə, xüsusən də hicablı xanımlara qarşı ayrıseçkilik edilməsi, manelər törədilməsi hallarının təəssüfləndirici, acınacaqlı olduğunu önə çəkən natiqlər, vəziyyətin bu həddə çatmasını hökumətin vətəndaş hüquq və azadlıqlarına, dini dəyərlərə, tolerantlığa, plüarizmə dözümsüz münasibətindən, hörmətsizliyindən qaynaqlandığını bildiriblər.

Konfransın sonunda bəyanat səsləndirlilib.
Bəyanatda bildirilir: 
"Azərbaycanın orta ümumtəhsil məktəblərində qanunsuz olaraq tətbiq olunan hicab qadağasına qarşı öz narazılıqlarını və etirazlarını ifadə etmək vətəndaşların ölkə Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlərlə birmənalı təsbit edilən fundamental hüquqlarındandır.
Vətəndaşlarımız dəfələrlə dinc, sivil yollarla bu qadağaya öz etirazlarını bildirmişlər. Lakin aksiyanın dinc və sivil keçirilməsinə baxmayaraq, hökumət nümayəndələri aksiyaçıları nəinki dinləmiş və etirazlarına diqqət etmiş, əksinə, onlara qarşı dərhal zor tətbiqinə başlanmış, sərbəst toplaşmaq azadlıqlarının pozulmasına üstünlük vermişlər. Bu azmış kimi vətəndaşların hüquq və azadlıqlarının kobud surətdə pozulması davam etmiş, aksiyaçılara qarşı qeyri-qanuni qüvvə tətbiq edilmiş, həbslər aparılmışdır. Qüvvədə olan qanunvericiliyin, o cümlədən A.R. Konstitusiyasının vətəndaşlarla bu cür rəftarı qəti surətdə və birmənalı olaraq yolverilməz hesab etməsinə məhəl qoymadan, aksiyaçılara qarşı qeyri-insani rəftar edilmişdir. 
Bu baş verənlərin təsirlərini bilavasitə hiss edən Azərbaycanın inanclı xanımları olaraq, buna qarşı öz qəti etirazımızı bildiririk, məmurları ölkə qanunlarına, insanların hüquq və azadlıqlarına hörmət etməyə çağırırırq. Həbsdə olan hicab məhbuslarının azad olunmasına, qeyri-insani rəftara yol vermiş məmurlaraqarşı xidməti uyğunsuzluq normalarının tətbiqinə səsləyirik.
Eyni zamanda, hicab qadağasının davam etməsini bu cür halların əsas səbəbi olmasına diqqət çəkərək,problemin təcili həll edilməsini istəyirik. 
Artıq 
3-cü ildir ki, ölkə məktəblərində hicaba qarşı əsassız və qeyri-hüquqi qadağa davam edir. Minlərlə insanın təhsil hüququ və inanc azadlığı pozulmaqdadır. 
Bir daha bu problemin təcili həll olunmasına, insanların hüquq və azadlıqlarının təmin edilməsinə çağırırıq".

 Həmçinin Təhsil Nazirliyinə, Daxlili İşlər Nazirliyinə və Ali Məhkəməyə  qətnamələr göndəriləcəyi, eləcə də həmin qətnamələrin Prezident Aparatına da veriləcəyi qeyd edilib.    

Təhsil Nazirliyinə və Prezident Aparatına göndəriləcək qətnamədə deyilir:
"Biz Azərbaycanın müsəlman xanımları olaraq, keçmiş təhsil naziri Misir Mərdanovun səsləndirdiyi və onun ölkə təhsil sisteminə rəhbərliyi zamanında məktəblərdə tətbiq edilən, həmçinin yeni təhsil naziri Mikayıl Cabbarovun dövründə də davam etməkdə olan hicab qadağası problemi ilə bağlı qarşılaşdığımız maneələri və bunlardan qaynaqlanan narahatlığımızı, narazılığımızı diqqətinizə çatdıraraq;
  A.R. Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olan, mənəviyyat,vətəndaşın təhsil alma hüququtoleranlıq kimi dəyərlərə qeyri-mütənasib olan hicabın orta ümumtəhsil müəssisələrindəki azadlığına qarşı tətbiq edilən qadağaların, əngəllərin təcili olaraq aradan qaldırılmasınızəruri bilərək tələb edirik:  
1)  Təhsil Nazirliyinin keçmiş rəhbərliyindən qalmış belə səbatsız, lüzumsuz, vətəndaşların dövlətdən narazılığına aparan, cəhalətə sürükləyən, ölkənin beynəlxaql imicini zədələyən sözügedən qadağanı ləğv edərək inkişaf etmiş cəmiyyətə, sivil quruluşa malik ölkələrdəki kimi Azərbaycanda da hicablı xanımların fundamental insan huquqları sırasında olan təhsil haqqından istifadə edə bilmələri üçün effektli qərar verilsin.  
2)  Azərbaycan Respublikas Təhsil Nazirliyinə tabe olan müəssisələrin rəhbərliyi və siravi işçiləri də AR Konstitusiyana və beynəlxalq insan hüquqlarına zidd olaraq tətbiq edilən inanc ayrıseçkiliyinə, hicab qadağasına son qoysun.  
3)  Özbaşına şəkildə hicablı xanımlara qarşı diskriminasiya hallarına yol verən, hicablılara digərlərindən fərqli münasibət göstərən, hicablıların özünün və ya valideynlərinin əqidəsinə hörmətsizlik edən, psixoloji təzyiqlərə məruz qoyan və başqa hər hansı mənfi hallara yol verənlərə qarşı mövcud qanunvericiliyə uyğun olaraq ölçü götürülsün."    

    Daxili İşlər Nazirliyinə, Ali Məhkəməyə və Prezident Aparatına göndəriləcək qətnamədə deyilir: 
"Biz, ölkəmizin inanc, etiqad zəminində gərgin vəziyyətin, diskriminasiyanın təsirlərini bilavasitə öz üzərimizdə hiss edən, baryerlərlə qarşılaşan və bütün bunlar azmış kimi hüquqlarımızı müdafiə etdiklərinə görə təzyiqlərə, işgəncələrə, həbslərə məruz qalan yaxınlarımızdan ayrı qalan Azərbaycanın müsəlmanxanımları olaraq;
-Ələxüsus güc strukturlarının fəaliyyət sahələrində real islahatlar aparılmasıbu sahədə Azərbaycanın beynəlxalq qurumların qarşısında götürdüyü öhdəliklərə uyğun olan fundamental insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlərin ləğv edilməsini zəruri sayaraq tələb edirik:
1) “Hicaba azadlıq” tələbilə keçirilmiş aksiyalar zamanı mitinq iştirakçılarının  gözyaşardıcı qaz,  dəyənəklərdən istifadə olunmaqla zorakılığa məruz qalmaları,  xüsusilə saxlandıqdan sonra  qandallanaraq nəqliyyat vasitələrində, polis idarələrində və təcridxanalarında döyülmələri və işgəncəyə məruz qalmaları və bu kimi halların təşkilatçı və icraçıları aşkarlansın və məsuliyyətə cəlb edilsin.
2) İslam dininə uyğun həyat tərzi yaşayan qadının həddi-buluğ yaşından etibarən əməl ettdiyi vacibatlarından olan hicabla təhsil müəssisələrinin xidmətlərindən istifadə etmək hüququnun A.R. Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olaraq qadağan edilməsinə qarşı öz konstitusion hüquqlarından istifadə edərək etiraz aksiyası keçirmiş inanclılara qarşı məhkəməorqanlarının hüquqazidd əməlləri şəffaf şəkildə təhqiq edilsin.
3) Təhqiqat başa çatana qədər hicab məhbuslarının hazırki qeyri şəffaf, ədalətsiz çıxarılmış qərarlar əsasında yaşadıqları məhkumluq həyatlarının ev dustaqlığı ilə əvəz edilməsi, öz doğmalarının yanında olması təmin edilsin.(İslamazeri.az)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net