Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
“Mübarək Ramazan ayı müqavimət ayıdır”
Hacı Abgül Süleymanov bu yazını şərlənərək həbs edilməsindən bir neçə gün öncə qələmə almışdı

        Bəşər yaşayışında, xüsusilə möminlərin həyatında qarşıya çıxan ən əsas müşküllərdən biri şeytanın vəsvəsələridir.
Bu baxımdan aləmlərə rəhmət olaraq göndərilmiş həzrət Muhəmməd(s.) buyurmuşdur ki, “Rəhmət ayı olan mübarək Ramazanda şeytanlar zəncirləniblər və yalnız hürə bilirlər, amma heç kəsi dişləyə bilmirlər. Şeytan elə bir məxluqdur ki, Allah- taalanın izni ilə hürə bilir”. 
Əslində Şeytanın vəsvəsəsi nemət və rəhmətdir. Çünki indiyə qədər kim ucalıbsa, şeytanın vəsvəsəsinə müqavimət sayəsində, yəni böyük cihad meydanında ucalıb, qalib gəlib. Şeytan vəsvəsə həddində hürməyə məmur olub. O kəslər ki, siratəl-müstəqimdədir, onlar bu hürməyə etina etmir və öz yollarına əmin addımlarla davam edib ali məqsədə çatırlar. Amma biganəlik və yol bilməməzlik bataqlığında çabalayanlar mənəvi immunitetlərinin, müqavimətlərinin çatışmamazlığı ucbatından gedib şeytanın tələsinə düşürlər. Şeytan da hürməklə dişləməyi əvəz edər və bundan sonra öz zəhərli dişləri ilə onları xəstəliklərə yoluxdurar.


Əlbətdə şeytan, Allahın vilayətindən kənar deyildir. Allahın izni olmadan heç iş görə bilməz. Qiyamət günü də aşkar şəkildə deyəcək ki, "məni danlamayın, özünüzü danlayınفَلَا تَلُومُونِي وَلُومُوا أَنْفُسَكُمْ (İbrahim- 22) Bu gün nə mən sizin fəryadınıza gələ bilərəm, nə də siz mənim fəryadıma. Mən sizə müsəllət ki deyildim, mən yalnız sizi dəvət edirdim, siz özünüz gəldiniz." 

“Allah haqq vədəsi verirdi, mən isə yalançı vədə”  إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُكُمْ فَأَخْلَفْتُكُمْ
Haqq vədəsini qəbul etmədiniz, yalan vədəsini qəbul etdiniz. Əgər bir nəfər İlahi vədəyə bilərəkdən əhəmiyyət verməyib, Şeytanın yalançı vədəsinə əməl etsə, Allah ona möhlət vərər ki, qayıtsın. Amma əgər Allahın bu rəhmətinin qədrini bilməyərək bu möhlətdən də istifadə etməsə, daha bundan sonra Allah Şeytanı ona müsəllət edər. 
Quran buyurur ki, “Məgər görmürsənmi Biz şeytanları kafirlərə müsəllət etdik ki, onlara ağır əziyyət etsinlər? أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا (Məryəm-83)
Sonra başqa bir ayədə buyurulur: “O kəslər ki, mömin deyillər, şeytan vilayətindədirlər إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ (Əraf- 27)
Allah Təala Şeytanı tərbiyə olmuş it kimi onlara müsəllət edib. Bu tərbiyə olmuş şeytan mübarək Ramazan ayında bağlı olur. Gərək elə bir əməl etməyək ki, açılsın. O yalnız uzaqdan hürür. Məbada öz əllərimizlə onların zəncirlərini açaq və Allah da onu bizə müsəllət etsin.

Həmçinin insanları maraqlandıran bir sual da var ki, əgər mələklər günah etmirlərsə, bəs şeytan necə günah etdi? Cavab budur ki, şeytan cinlərdəndir və mələklər arasında idi, amma mələk deyildi.
Qurani–Kərim şeytan haqda buyurur: “O, cinlərdən idi və Rəbbinin əmrindən çıxdı. كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ (Kəhf-50)
Mələk məsiyət, günah etmir. Cin isə bəzən itaət edir, bəzən üsyan. Böyük arif, övliya olan ayətullah Behcət (r.ə.) buyurmuşkən, “Cin ya mömindir, ya da kafirdir. Onların ömürləri uzun olduğu üçün onlar (mömin cinlər) Rəsulullahı(ə) görmüş və iman gətirmişlər. İndiyə qədər də o imanlarında sabitqədəmdirlər”.
Həzrət Rəsulullah(s.) buyurur ki, “Mübarək Ramazan ayında Şeytanın əl və ayaqları bağlı olur. Allahdan istəyin ki, onu açıb sizə müsəllət etməsin”.
Mübarək Ramazan ayının ziyarətnaməsində oxuyuruq ki, “Salam olsun Sənə ey dost. Həqiqətən Sən səbəb oldun ki, biz Şeytana müsəllət olaq. Doğrudan da insan bu ayda şeytana müsəllət olur və şeytani xatirələri qəlbinin səhifəsindən silir. Salam olsun sənə ey mübarək ay. Nə çox bəndələr vardır ki, Allah Sənin zamanında onları azad, hürr edir. O kəslər ki, əxlaqları rəzil idi və onlar cəhənnəm odunda giriftar idilər, Allah-taala onları bu giriftarçılıqdan azad etdi.”
 Rəvayətdə vardır ki, oruc cəhənnəm odu qarşısında qalxandır, sipərdir. Həmçinin də cəhənnəm oduna düçar edən şəhvət odu müqabilində sipərdir. Orucluq həmçinin insanı həmişə siratəl-müstəqimdən çıxaran iki güclü qüvvənin, şəhvətin və qəzəbin qarşısını almaqdadır.

Bəşər üçün azadlıqdan uca hansı nemət vardır? Salam olsun Sənə ey mübarək Ramazan ayı. Həqiqətən də Sən günahları məhv edənsən. Həqiqətən Sən on bir ayın imamısan. Heç bir ay Səninlə rəqabət edə bilməz, heç bir ay səninlə bərabər müstəvidə ola bilməz. Doğrudan da Sən öncülsən, on bir ay isə, Sənin ardıcılındır. Salam olsun Sənə ey əziz, ey möhtərəm dost. Sən gələndə Allah dosları sevinir, Sən gedəndə isə kədərlənir. Düzdür, isti havada oruc tutmaq çox çətin və əziyyətlidir, amma ariflər demişkən, Bəqərə surəsinin 183-cü ayəsi (“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ ) bütün çətinlikləri aradan aparır.
Bir rəvayətdə də buyrulur ki, “Ən fəzilətli cihad isti havada oruc tutmaqdır”. Deməli isti havada oruc tutan kəs mucahiddir. Mücahdin cihadının mükafatı isə Cənnət yox, elə Allahın özüdür. Qüdsi hədis də var ki, “Oruc mənim üçündür və onun mükafatı da Mən özüməm”.

Əgər soruşsalar ki, nə üçün Ramazan ayı digər aylardan üstündür? Cavab budur ki, mübarək Ramazan ayının üstün olmasının səbəbi möminlərin bu ayda oruc tutub, əhya saxlamaları və bir də bu ayda Quranın nazil olmasıdır.
Quranın nüfüzu o qədər dərindir ki, əgər dağlara nazil olsaydı, dağlar mum kimi olardı. Allah- taala buyurur: “Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr.” لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

Amma bəzən daş ürəkli insan Qurana əl qoyub öz məmləkətinə sadiq qalacağına and içidiyi zaman heç tükü belə tərpənmir və sədaqət yerinə hətta xəyanət belə edir. Bu məqamda İmam Əli(ə) buyrmuşdur: “Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır”.

İlahi, Quranı bizim nurumuz, qanunumuz, ümidimiz, məntiqimiz, əql və təfəkkürümüz, moizəmiz, şəfamız, aramlığımız, nicatımız qərar ver.
Amin ya Rəbbəl aləmin.

Hacı Abgül Suleymanov

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net