Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgülsüz 2 il
İki il öncə mübarək Ramazan ayının 10-u idi

Hacı Abgüllə danışdıq. O İsmayıllının Lahıc qəsəbəsində qaynatasının evində idi. Hər şeyin yaxşı olduğunu bildirdi. Mübarək Ramazan ayından sərfəli istifadə etməyimizi bizə bildirdi.
Bir müddətdən sora saytımızın baş redaktoru Ramin Bayramov redaksiyaya gələndə saxlanılmışdı. Hələ ki, Ramin Bayramovun kim tərəfindən, necə, nə üçün saxlanıldığını bilmirdik. Bunu eşidən Hacı Abgül çox qəzəbləndi. Hacı Raminin sərbəst buraxılması üçün lazım gələn addımların atılmasını istəmişdi. Elə bu telefon zəngindən qısa müddət sonra Hacının ailəsindən məlumat daxil oldu ki, mülkü geyimli şəxslər evə hücum edib və hacını həbs etdilər. Hacını sevən, qəlbində ona qarşı məhəbbət bəsləyən, onu özünə öndər bilən hər bir kəs bu xəbərdən narahat oldu. Möminlər həm Hacı Abgülün, həm də İslamazeri.az-ın baş redaktorunun həbsinin təfərruatını bilmirdi. Çox qəribə abu-hava yaranmışdı.

Qısa müddət sonra məlum oldu ki, Hacı Abgülü və Hacı Ramini Milli Təhlükəsizlik Nazirliyi həbs edib. İlk başda onlar qrup şəklində həbs edilsələr də, daha sonra hər ikisinin işini ayırdılar. Hacı Ramini MTN-də 7 ay, Hacı Abgülü isə 1 il saxladılar. Yəni istintaq müddəti bu qədər çəkdi.
Bu uzun müddətdən sonra hacını görmək üçün Ağır Cinayətlər Məhkəməsinə gələn dindarların sayı hər məhkəmə iclasında daha da artır, məhkəməyə daxil olmaq, hacını görmək üçün hamı öndə olmağa çalışırdı. Hacının çıxışlarına ehtiyyaclı möminlər diqqətnən hacını dinləyirdilər. O kimə salam verirdisə, həmin şəxs çox sevinirdi.

Məhkəmələr bitdi. Qanunsuz həbs olunan Hacı Abgülə qanunsuz olaraq 11 il həbs cəzası oxundu. Düşünürəm ki, bundan sonra dindarlar qəzəblə “Allah haqq düşmənlərinə lənət etsin” deyirdi.
Hacı Abgül 1 il MTN-də saxlandıqdan sonra Kürdəxanıya, ordan da Bakının ən pis cəza çəkmə müəssisələrindən birinə göndərildi. Bu barədə bir yazı da yazmışdım. Orda heç bir insan cəza müddətini çəkə bilməz. Ora daha çox sürgün müəssisəsi, vərəm müəssisəsi, ölüm müəssisəsi adını vermək olar. Hacı Abgül bu soyuq həbsxananın cərimə karsında saxlanılırdı. Bununla da onun səhhətinə ağır zərbələr vuruldu. Müalicə almaq üçün Penitensiar xidmətin müalicə müəssisəsinə göndərildi. Hacıynan orda görüşmək mənə qismət oldu. Hacının ruhiyyəsi, sözləri, gülümsəməyi bir növ mənə stimul verirdi. Hacının narahatlığı isə əsas olaraq hicab qadağası və alimlərin, dindarların şərlənərək həbs olunması idi. Dərdləşdiyimiz zaman hacı deyirdi ki, nə badə dindarlar hicabı əldən verələr. Hicabı əldən versələr Azərbaycanda müsəlmançılığa ən böyük zərbə vurulacaq. Nəyin bahasına olursa olsun hicab qorunmalıdır. Hacının ikinci narahatçılığı isə Azərbaycan müsəlmanlarının öz talehlərinə biganə qalması, süst olması idi. Bu gedişatın çox mənfi təsirlərlə nəticələnəciyini deyirdi.
Hacıdan ayrılmaq istəməsək də, görüş vaxtı bitmək üzərəydi və mən oranı çox könülsüz şəkildə tərk etdim. Bir neçə gündən sonra hacını yenidən sürgün müəssisəsinə, müəssisədə yerləşən cəza kamerasına saldılar.
Bütün bunlar ona görə idi ki, Hacı Abgül Süleymanov haqqı təbliğ edir, haqqı müdafiə edir. Onun həbsi, onun sürgünü, onun işgəncəsi, onun cəza kameralarında saxlanılması, bunlar hamısı haqqın boğulması üçündür. Buna görə də onlar Hacı Abgülü həbs etməklə hicabı həbs etməyə çalışdılar, haqqı həbs etməyə çalışdılar.
Bu gün Abgül Süleymanovun həbsindən 2 il keçir (Hicri-qəməri təqvimi ilə). Düşünürəm ki, cəmiyyət bu iki-üç ildə kimləri itirdiyini, nələrə sahib ola bilmədiklərini anlamayıb.
Allahdan istəyimiz budur ki, başda Hacı Abül Süleymanov, Hacı Mövsüm Səmədov, Hacı Tale Bağırov və digər ruhanilərimiz olmaqla bütün zindanda olan möminlər cəmiyyətimizə geri qayıtsınlar.
Belə ruhanilərə Azərbaycanın çox ehtiyyacı var.

Mərhəba bil movt, fi səbilillah!
Tural Əli

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net