Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Məryəm Süleymanovanın atasına məktubu
Salam olsun Həzrəti Peyğəmbər (s) və onun pak Əhli-beytinə...

 Atacan yenə səndən ayrılmaq vaxtıdır. Səndən ayrılmaq çətin olsada Allahın razılığı və dünyanın müvəqqəti olduğunu düşünən zaman mənimçün bu ayrılıq asanlaşır. Atacan təqribən 3 aydan çox  Bakıdayam. Səni çox az görsəmdə, səndən doymadım. Qəlbim sözlərlə dolu qaldı. Səni doyunca qucaqlayıb bağrıma basa bilmədim. Çünkü bizə səninlə goruşu şüşə arxasından verirdilər. Hər dəfə səninlə sağollaşan zaman qəlbim parçalanırdı, elə bilirdimki qəlbimin yarısını qoyub gedirəm. İnsafsızlar guya bir saatlıq yaxından goruş versələr bala atasını qucaqlayıb bağrına bassin dünya dağılarmiş.

Son gün atam bizim onu qucaqlayıb sağollaşa bilmədiyimiz üçün narahat olduğumuzu görəndə onlara İmam Hüseyn (ə) ağanın sözünü təkrarladı: “düşmənçiliyiniz məninmlədirsə bu uşaqlara niyə rəhm etmirsiz?”.

 O an gözümdə İmam Hüseynin balaca Əli Əsğəri əllərində tutub Yezid qoşununa “duşmənçiliyiniz mənimlədirsə bu uşaqla nə işiniz? Aparın bu uşağa su verin” səhnəsi canlandı. Bax bu gün ayrılıq vaxtı Kərbəladakı qızları yaxşı başa düşürəm. Amma mənim atamdan ayrılığım hara,o nların ayrılığı hara?

Atacan sənlə göruşlərimdə mənə yalnız Allah kəlamlarından söyləyər, məni səbrə, elmə, yaxşı işlərə, Quranı hifz etməyə dəvət edərsən. Amma həmişə deyirsənki, Quranı hifz etməklə bərabər, həmdə hafizi Quran olmaq lazımdır.

Atacan sənin hər sözün qulağımdadır və hər an Quranı həm hifz,  həmdə qorumağa çalışacağam. Səndən dərs almışam. Buna şahidəm ki, sən Quranı oxuyandan Quranın hər ayəsinə əl uzadanlarla mübarizə aparıb, onun hər ayəsini qorumaq üçün hər şeyindən hətta bizdən belə keçmisən. Atacan birdə səndən vətənpərvərliyi öyərənmişəm. Sənin millətin və islam üçün gecələr yuxuya gedə bilmədiyini görmüşəm. Həmişə deyirsən ki, mənim millətim çox qeyrətli xalqdır. İşğal olmuş torpaqlarımız, əsir düşmüş qardaş-bacılarımız üçün gecə gündüz üzülduyünün şahidi olmuşam. Sən bizim millətimizin şəhvətdə qərq olduğunu görəndə, onların hidayəti üçün əlindən gələni etdiyinin şahidi olmuşam.

Atacan, mən də bu yolda əlimdən gələni edəcək və ömrümün sonuna qədər millətimin hidayəti üçün çalışacağıma söz vərirəm.

Atacan səni polislərin evdən apardığı günü heç vaxt yadımdan çıxmaz.

Səni apardıqda sənlə vəhşicəsinə rəftar edəndə ,balaca bacımın ağladığını görəndədə balaca Rüqqəyə xanım yadıma düşdü.

Bacımın atamı vurmayın ,onu hara aparırsız qışqırıqları inanmıramki ömür boyu qulaqlarımdan gedər.

Amma bu səhnələr mənə həyatımda çox böyük dərs oldu.

Sənin onlar qarşısında müqavimətini görəndə haqq əhlinin batil əhli qarşısında gücünü gördüm. Sən heç vaxt batilə boyun əymədin və sona qədər bu imtahanda bu cür əzmin olmağına şübhə etmirəm. Afərin bu iradəyə və bu fədakarlığa. Mən səninlə fəxr edirəm.

Sənə izzətlə zindandan azad olmağı arzulayıram və arzu edirəmki evimizə qayıdasan.

Həqiqəten sən evmizdən gedəndən elə bil evimizin çırağı zəifləyib. Gəl ki, evimiz əvvəlki kimi ışıqlansın, anamın üzündəki süni gülüşləri əvvəlki kimi canlansın.

Səni Allaha tapşırıb gedirəm.Gedirəmki dərs oxuyub, vətənimə, millətimə xidmət edim. Allah bizi bir an belə özbaşına buraxmasın. Ümüd edirəmki, gələn il qayıdanda səni aramızda görüm inanıram ki, səni tutmağa əmr verənlər tezliklə səhvlərini analyıb səni azad edəcəklər, cünki yaxşılıq etməkdən başqa günahsız birini zindana salıb ,cəzalandırmağın günahı çox böyük və əvəzi də ağırdır.

Səni tutmağə əmr edənlər də, bu işi icra edənlərdə hətta bütün millət sənin şərləndiyini bilirlər. Sən azad insan olduğun üçün azadlığından məhrum olmusan. Sən Allahdan başqa heç kəsin qulu deyilsən. Sən Azadəsən, azadə...

Məryəm Suleymanova

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net