Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
İlahiyyatçılar həbsi pislədilər
Hacı Abgül Süleymanovun həbsi ölkə daxili və xaricində ilahiyyatçıların həmçinin ictimaiyyət fəallarının etirazına səbəb olub

İlahiyyatçı alim, Quran və hədis elmləri mütəxəssisi Hacı Zülfüqar Mikayılzadə"Ümidvarıq ki, Hacı Abgülün azadlıq məsələsi həll olunacaq və azadlığa çıxacaqdır. Allahdan da bu qədr gecələrində istəyirik ki, haqqsız yerə şərlənərək həbs olunan alimlərin, dindarların xüsusəndə Hacı Abgül azadlığa çıxsın. Onlara haqsızlıq edənlər tezliklə Allah dərgahında mühakimə olunsun. Məhkəmə sisteminin ədalətsiz sifarişlə hökm çıxarması hamıya bəllidir".

İlahiyyatçı alim, hicab məhbusu Hacı Tale Bağırov: "Zalım hakimiyyət Hacı Abgülü həbs edəcəyini bilirdik. Həbs etdikdən sonrada uzun müddətli həbsdə saxlayacağını bilirdik. Məhkəmələrin sifarişnən hökm çıxarması hamıya bəllidir. Azərbaycanın mərd oğlu, vətən üçün yanan hacı Abgül Süleymanovun çıxışları və əməli hakimiyyəti çox narahat edib. 11 il həbs verilməsi də onların nə qədər narahat olduğunu bir daha göstərir".

İlahiyyatçı alim Hacı Sərdar Hacıhəsənli: "Hacı Abgülün həbsi hamıya aydındır ki, sifarişli və qərəzlidir. Hacı Abgülə qarşı irəli sürülən ittihamları mən ictimai şüuru bir başa təhqir kimi dəyərləndirirəm. Çünki Hacı Abgül kimi dəyərli alimi narkotik kimi rüsvayçı, aşağılayıcı maddələrin satışı ilə ittiham olunur. Bu da xalqa hörmətsizlikdir, xalqı təhqir etməkdir. Onlar belə düşünürlər ki, xalq bu məsələləri aydın edə bilmir. Lakin bizim Azərbaycan xalqı yetkin xalqdı, düşünən xalqdı. Xalq bilir ki, alimlərin həbsi sifarişlidir, söz azadlığının olmamasına görədir. Dinə və dindara qarşı təzyiqlər nə həddə olduğu hamıya məlumdur. Mən bu Hacı Abgülün həbsini və məhkəmənin çıxardığı qərarı pisləyirəm və Hacı Abgülün dərhal azad olunmasını Azərbaycanın müstəqil ruhanisi kimi tələb edirəm.

İlahiyyatçı alim Həsən Məmmədovd: "Bu gün ölkəmizin Hacı Abgül kimi mübariz və qorxmaz ruhaniyə cox ehtiyacı var idi, çünki O haqsızlıqlari başqaları kimi görürdü, amma başqalarından fərqli olaraq öz etirazını bildiridi. Belə olan vəziyyətdə təbii olaraq hər hansı bir vasitə ilə onun haqq səsini boğmalı idilər. Amma bunlar bir şeyi unudublar ki, min dörd yüz ildirki bunlardanda zalımları haqqin səsini boğmağa çalışsalarda elə özləri bogulub məhv olublar. Haci Abgül qardaşımız Quranın buyurduqlarını xalqa çatdırdığı üçun mübarək Ramazan ayinda həbs olundu və mübarək Ramazan ayında da ona höküm oxundu. Özüdə Qədir gecəsinin günündə, Quran nazil olan gündə, Həzrəti Əli (ə) şəhadətə çatdığı gündə və Cümə günü. Bunlar heçdə təsadüfi deyil. Ümüdvarıq ki, Allah Hacı Abgülü və digər qardaşlarmızı tezliklə azadlığa çıxaracaq. Məndə Hacı Abgülün həbsin sifarişli olduğun qeyd edib tez bir zamanda azad olunmasını istəyirəm".

İlahiyyatçı alim Sadiq Əsgərov: "Tarix boyu uca Allahın dini sonrakı nəsillərə çətinliklərlə və qeyrətli möminlərin əsirlik və şəhadətləri ilə çatmışdır. Hazırki dövr də bu qaydadan istisna deyil. Son illər ərzində ruhani və dindarlara qarşı hiss ediləcək şəkildə təziqlər artmış və hətta bu təziqlər onların narkotik və silah saxlamaq kimi ağlasığmaz böhtanlarla şərlənərək zindanlara salınmaları ilə nəticələnmişdir. Bu günlərdə daha bir acı haqsızlığın şahidiyik. Belə ki, dəyərli ruhani və Azərbaycanın qeyrətli oğlu olan Hacı Abgül Süleymanova 11 il həbs verilmişdir. Onun həbsi də cəmiyyətin artıq eşitməyə adət etdiyi böhtanlara əsaslandırılır. Təbii olaraq mən də öz növbəmdə ruhani qardaşım və yaxın dostum olan Hacı Abgülün sifarişli həbsinə etiraz edirəm. Onun şəxsiyyətinin bu böhtanlardan uca olduğuna heç bir şübhəm yoxdur. Azərbaycan dövləti öz qeyrətli oğullarına ögey yanaşmamalı və bu təziqlərə son qoymalıdır. Allah imam Zaman (ə.c) ağanın zühurunu tezləşdirsin. Təbii ki, bu təziqlər o həzrətin zuhurunu tezləşdirir".

Fəlsəfə doktoru, İlahiyyatçı alim Elşən Mustafaoğlu"Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanova hökm oxunub və o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Hesab edirik ki, məhkəmənin sifariş əsasında çıxardığı bu qərarı ədalətsiz, əsassız və hüquqaziddir. Bu, bir daha ölkəmizdə məhkəmələrin müvafiq orqanların əlində bir alət olduğunu göstərdi.

İllərdən bəri cəmiyyətimizdə narkomaniyaya qarşı mübarizə aparan, neçə-neçə narkomanın islah olub, sağlam həyata qaytarılmasında vasitəçi olan bir ruhani “qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama” maddəsilə təqsirli bilinib, həbs edilir.
Aydındır ki, Hacı Abgül dinə qarşı aparılan aqressiv siyasəti sərt tənqid etdiyi üçün tutulub! Deməli, bu hökm həm də dini dəyərlərimizə olan qərəzli münasibətin göstəricisidir. Bununla inanclı vətəndaşların dini heysiyyəti təhqir edilmiş olur. Dünyanın harasında, hansı ölkəsində din adamı narkoman elan edilib həbs edilir?
Bu, bir daha bariz şəkildə göstərdi ki, barəsində ağızdolusu danışılan hüquqi dövlət anlayışı bizim ölkəyə yaddır.
Bəli, Hacı Abgül dövlətin anti-din siyasətinə qarşı etiraz edib, çıxışlar edib. Axı bu, onun konstitusion haqqıdır! Bu etiraz səsləri qəlbində inancı olan hər bir vətəndaşımızın haqq səsidir – hicaba azadlıq! Məscidləri sökməyin, bağlamayın, hicablı balalarımızı təhsil hüququndan məhrum etməyin, dini fəaliyyətlərə azadlıq verin, inanclı vətəndaşlara düşmən gözü ilə baxmayın, onlara qarşı bu aqressiv davranışlara, təqiblərə, həbslərə son qoyun! Hacı Abgülün etdiyi bütün bu çağırışlar əslində cəmiyyətimizdə dindarların azad, sərbəst yaşaması üçün edilən çağırışlardır. Bunlar Konstitusiyamızın tələbidir. Hacı Abgül dindarları dağıdıcılığa deyil, bu hüquqlar uğrunda mübarizəyə səsləyir. Axı nə vaxtadək hakimiyyətin apardığı yanlış siyasətə qarşı etirazlara məhbəslərlə, repressiyalarla cavab veriləcək? Nə vaxtadək dini haqlarını tələb edənlərə amansız düşmən gözü ilə baxılacaq? Nə vaxtadək dindar ailələr təhdidlər içində, balaları göz yaşı içində qalacaq? Bu haqsızlıqların bir sonu varmı?
Bəli, Hacı Abgül hakimiyyətin anti-din siyasətini tənqid edib! Amma axı o, narkoman deyil! Axı ondan nə narkotik maddə, nə də silah tapılıb! Niyə dini hüquqlarının müdafiəsinə qalxmış ruhaniyə belə nalayiq ittihamlar irəli sürüb şərləyirlər? Niyə onu 11 il övladlarından, ailəsindən, yaxınlarında uzaq salırlar? Allah bu haqsızlığı götürərmi? Əlbəttə, götürməz!
Məhkəmə hökmü məhz Ramazan ayında oxundu. Quranın nazil olduğu bir ayda. Bu İlahi Kitabda (Zəlzələ surəsi, ayə 7-8) buyrulduğu kimi - Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir (cəzasını çəkəcəkdir).
Allah var və O, heç bir haqsızlığı yerdə qoymur. Şər-böhtanla insanları bu dünyada azadlıqdan məhrum edənlər kaş anlamış olardılar ki, bununla özlərini hər iki dünyada ləyaqət və səadətdən məhrum etmiş olurlar.
Hacı Abgül bir vicdan məhbusudur! İnsanı onun vicdanının səsini dilə gətirdiyinə görə, dini-siyasi baxışlarına görə təqib etmək, etmədiyi cinayətlərə görə həbs etməyin özü ağır cinayətdir. Həm qanun qarşısında, həm də Allah qarşısında!
Biz müvafiq orqanlara müraciət edərək, Hacı Abgül Süleymanovun tezliklə azadlığa buraxılması üçün çağırış edirik və ümid edirik ki, bu ədalətsiz hökm ləğv ediləcək və o, azadlığa çıxacaq, inşAllah.

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net