Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
"Hacı Abgül Süleymanovun ruhiyyəsini sındırmaq mümkün deyil"
Mübariz ruhani Hacı Abgül Süleymanovun 8 saylı həbsxanaya göndərilməsi haqda məlumat vermişdik

Bu cəza çəkmə müəssisəsi xüsusi rejimli qapalı həbsxanadır. Həmçinin bu həbsxanada şəraitsizlik və müəyyən dərəcədə təcrid yer alır. Bununla bağlı İslamazeri.az ölkənin İctimai-siyasi xadimlərindən bu haqda münasibətlərini öyrənib.



Natiq Cəfərli, Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi:
 “Nə qədər ki, azad və müstəqil məhkəmə sistemi yoxdur, veriləcək qərarlarda şübhələr var və insanları verilmiş qərarlar təmin etmir, bu cür münasibət davam edəcək. Bunun yeganə yolu, Azərbaycanda hamı tərəfindən qəbul olunmuş müstəqil məhkəmə sisteminin qurulmasıdır. Nə qədər azad məhkəmə sistemi yoxdur, təəssüfki belə hadisələrlə tez-tez qarşılaşacağıq. Həm ruhani alimlərin, həm gənclərin və həmdə cəmiyyətdə müəyyən nüfuz sahibi olan insanların müxtəlif bəhanələrlə həbs olunması, sonrada isə onların sivil olmayan, normal olmayan münasibətlərin göstərilməsi ona dəlalət edir ki, Azərbaycanda normal ədalət sistemi yoxdur. Təəssüfki bu ədalət sistemi təmin olmayana qədər bu cür hadisələrin biz şahidi olacağıq. “




Tural Abbaslı, Müsavat Partiyasının divan üzvü:
“Həbsxana çox önəmli məsələdir. Biz adətən cəmiyyət olaraq, insanların məhkəməsinə qədər olan dönəmdə çox fikir veririk məhkəmə proseslərinə, orada olan yalançı şahidlərə və s. Amma cəza alandan sonra, həmin o cəza alan insanların saxlanılma şəraiti olsun, hansı həbsxana saxlanılması və orada ona qarşı münasibət, oradakı işkəncələr və təhdidlərlə bağlı ümumiyyətlə maraqlanmırıq. Bu cəmiyyət olaraq bizim böyük bir səhvimizdir. Onlar həyatlarının bəlli bir hissəsini orada yaşayırlar. Orada elə şərait yarada bilərlər ki, o insanların həyatına, sağlamlığına təhlükələr ola bilər. Əsas repressiyada məhkəmələrdə, təcridxanalarda yox, əsasən həbsxananın özündə olur. Onun yaşam şəraiti olsun, onun hansısa məlumatlara çatmağı olsun, yəni kitab, qəzet oxumaqları olsun. Hacı Abgülə qarşı bu cür rəftar hakimiyyətin qəzəbindən irəli gəlir. Ona uzun müddətli iş verilməsindən tutmuş başqa başqa həbsxanalara göndərilməsinə qədər insanı bezdirmək istəyirlər. İnsanı sındırmaq istəyirlər. Amma biz əminik ki, inanclı insanlarımız bundan da ağır şərtlərə dözərlər. Amma təbii ki, bu Azərbaycan hökumətinə bəraət qazandırmır. Məndə Müsavat partiyasının bir funksioneri kimi təbii ki, həm Ədliyyə nazirliyindən, həm bu işə məsul olan şəxslərdən insanlara orada yaşamaq üçün normal şərait yaratmalarını tələb edirəm. Hətta cəzaların icrası məcəlləsinin 1-ci maddəsində deyilir ki, “cəza çəkənin ləyaqətli şəkildə cəza çəkməsinə şərait yaradılmalıdır.” Ən azı özləri yazdıqları qanuna əməl etsinlər. Əmin olsunlar ki, belə repressiv üsullarla inanclı insanları sındırmaq və yaxud yollarından döndərmək mümkün deyil. “




 Leyla Yunus, Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru:
“Əfsuslar olsun ki, Azərbaycanda həbs olunan insanlara məhkəmə prosesləri zamanı və məhkəmələrdən sonra çox böyük təzyiqlər olunur. Mənim fikrimcə ən pis vəziyyət Qobustana göndərilməsidir. Əgər vəkil desəki 8 CÇM 13-dən pisdir,  bu barədə hüquqi müstəvidə ciddi iş görmək lazımdır. Biz Hacı Abgül Süleymanovu siyasi məhbus kimi öz tərtib etdiyimiz siyahıda qəbul etmişik. Mənim praktima görə, vətəndaşlara həbsxanada o vaxt əzab verirlər ki, siyasi sifariş gəlir. Yəni o heç bir şey qarşısında sınmır. Amma sovet vaxtından qalma bizim həbsxanalarda əsas məqsəd insanları sındırmaqdır.”




Əbülfəz Qurbanlı AXCP-nin sədr müavini, AXCP rəyasət heyətinin üzvü:
 “İlk öncə oradan başlamaq lazımdır ki, inanclı qarşdaşların o cümlədən Hacı Abgülün həbsi onun mövqeyi ilə bağlı idi. Yəni Abgül Süleymanovun həbsi hakimiyyətin yürütdüyü siyasətə qarşı olan mövqeyi ilə bağlıdır. Bu səbəblərlə Azərbaycanda çox sayda bizim fikir qardaşlarımız, bizim inanclı qardaşlarımız həbs olunub. Bu şəxslərdən biridə Hacı Abgül Süleymanovdur. Həbsxanada dini dünya görüşlü, siyasi fikirli insanlarla olunan rəftar sifarişli şəkildə həyata keçirilir. Bu həbsxana işçilərinin özlərinin qəbul etdiyi qərar deyil. Bu Azərbaycan hakimiyyəti tərəfindən verilmiş qərardır. Məqsəd burada həmin insanları mənəvi cəhətdən sındırmaq qərarıdır. Onları öz fikirlərindən döndərmək qərarıdır. Onların fikirlərinə yasaq qoymaq qərarıdır. Həmişə siyasi fəallara qarşı, o cümlədən inanclı insanlara qarşı Azərbaycan hakimiyyətində belə bir münasibət olub. Ədliyyə Nazirliyinin rəsmiləri və işçiləri məhbuslara qarşı həmişə bu cür münasibətdə olublar. Mənim yadımdadır ki, bizim 2 aprel məhbuslarından Babək Həsənova, Məhəmməd Məcidliyə qarşı belə bir münasibət olmuşdu. Onlar həbsxanada olanda möhkəm döyülmüşdülər və başqa bir cəzaçəkmə müəsisəsinə köçürülmüşdülər. Bu insan haqqlarının ilk növbədə tapdalanmasıdır. Məhbuslara qarşı qeyri-insani rəftardır. Bu nəyinki pis hadisədir, hətta cinayətdir. Azərbaycan hakimiyyəti bu gün dörd divar arasında olan insanlara qarşı bu cür rəftar sərgiləməklə cinayətə yol verir."




 Eldəniz Quliyev, El Hərəkatı Ali Məclisinin sədri:
 “Açıq-aydın şəkildə görünür ki, hakimiyyət islami kəsimdən çəkinir və qorxur. Hakimiyyət Hacı Abgül kimi, Hacı Mövsüm kimi, Hacı Tale kimi ləyaqətli insanları bəlkədə yuxularındada görüb qorxur. Çünki İslam faktoru əgər siyasi islama keçsə hakimiyyətin sonu olmalıdır. Hacı Abgülə qarşı bütün bu əziyyətlər qeyri-insani hərəkətlərdir. Bəlkədə Hacı Abgülün qolunu sındıra bilərlər, fiziki ziyan yetirərələr, amma onun ruhunu sındırmaq mümkün olmaz. Ruh insanın Allah tərəfindən bəxş edilmiş bir əmanətdir. Ona görə, mən arxayınam ki Hacı Abgül kimi insanlar istər Qobustan qapalı tipli həbsxanasında olsun, istərsədə digər ciddi rejimli həbsxanalarda amma üzərində neçə yüz min il əvvəl üzərində rəsmlər çəkilmiş Qobustan daşı kimi əbədi qalacaqlar.”




Fuad Həsənov, tanınmış hüquq müdafiəçisi, Demokratiya Monitorunun rəhbəri:
“Məhbəsdə olan insanların tək ümidi Allah olur. Mömin bir insan kimi Abgül bəyin hələ həbsdən əvvəl də insanlar arasında nüfuzu böyük idi. Həbsdə də xeyli inanclı insanlar var. İbadətə yeni gəlmişlər də az deyil hər halda. Onun digər məhbuslara təsir imkanlari hakimiyyət orqanlarında narahatlıq yarada bilər. Bu halın penitensiar qayda və normaların pozulmasına görə baş verməsi inandırıcı görünmür. Ən azından Penitensiar xidmət bu addımın izahını verməli və vəkil bu haqda məlumatlı olmalı idi. Bütövlükdə Abgül Süleymanovun qapalı rejimli həbsxanaya köçürülməsini pisləyirəm və onun hüquqlarına hörmətlə yanaşılmalıdır.”

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net