Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
"Hacı Abgül diri şəhiddir...bu məsələdə susa bilmərik"
Mübariz ruhani Hacı Abgül Süleymanovun 8 saylı həbsxanaya göndərilməsi haqda məlumat vermişdik

Bu cəza çəkmə müəssisəsi xüsusi rejimli qapalı həbsxanadır. Həmçinin bu həbsxanada şəraitsizlik və müəyyən dərəcədə təcrid yer alır. Bununla bağlı İslamazeri.az ölkənin ilahiyyatçılarından münasibət alıb.


İlahiyyatçı Hacı İlqar Əliyev:
“Bizim bu məsələyə rəyimiz məlumdur. Hacı Abgül Süleymanova qarşı bu cür olunan rəftarı pisləyirik. Günahsız yerə Abgül Süleymanovu hansı səbəblə “krıtıya” göndərirlər. Biz bu məsələyə susa bilmərik. Hacı Abgül Süleymanov bizim qardaşımızdır, canımızdır, özünü bu yolda vermiş fədaidir və diri şəhiddir. Hər bir kəs Hacı Abgülü müdafiə etməlidir. Bizim əlimizdən bir şey gəlmir, amma biz həmişə bu barədə sözümüzü deyəcəyik.”



İlahiyyatçı Emil Rahiloğlu:
“Hacı Abgül Süleymanov ictimayi və dini xadim olaraq, artıq hamının tanıdığı İlahiyyatçılardan biridir. Onu tanıyan hər bir kəsə gün kimi aydındır, onun “cinayət”i haqqı söyləməkdən ibarət olub. Ölkəmizin güya demokratik prinsiplərə əsaslanmağına baxmayaraq Azərbaycanda fikir azadlığına olduqca ciddi təzyiq göstərilir. Bu da demokratiyanın, milli və mənəvi dəyərlərin qorunmamasına gətirib çıxarır. Abgül Süleymanovun qapalı rejimli həbsxanaya köçürülməsi heç nəyi dəyişməyəcək. O özü, xütbələrində də bəyan etmişdir ki, “zindan gülüstandır bizə”. Hamı bilməlidir ki, haqq əhlini nə qapalı rejim, nə də ölüm, öz yolundan saxlaya bilməz. Mən bunu Hacı Abgül Süleymanova qarşı növbəti haqsızlıq kimi qiymətləndirirəm.”


İlahiyyatçı Seyid Elman Ağayev:
“Qurani Kərimdə də buyrulduğu kimi, Allahın nurunu heç kim söndürə bilməz.
Mənim öz əqidəm budur ki, ruhani harada olursa olsun, öz vəzifəsini yerinə yetirəcək inşallah.“






İlahiyyatçı Hacı İlham Əliyev:
“Ruhanilərlə, din xadimləri ilə, dindarlarla bu cür münasibət göstərmək ümumiyyətlə insanlığa sığışmayan bir hərəkətdir. Hacı Abgül Süleymanov kimi bir insana bu cür əzab-əziyyət vermək, cismani və psixoloji təzyiqlər göstərmək əlbəttəki qəbul edilməz bir haldır. Bu cür hərəkətlər heç bir vicdanlı insana yaraşmayan və sığmayan bir işdir. Hacı Abgül Süleymanovu bu cür əzab əziyyətli yerdə, rütubətli məntəqədə saxlanılması heç bir insaniyyətə sığmayan bir hərəkətdir. Təbii olaraq bir Azərbaycan vətəndaşı kimi, bir insan azadlığını sevən şəxslər kimi bu cür əməli məzəmmət edirik və pisləyirik. Allah bu cür məmurlara insaf, din qardaşlarımıza da səbr versin inşallah”.


İlahiyyatçı, DEVVAM sədri Hacı İlqar İbrahimoğlu:
 “Təbii ki, bu şeylərə münasibətim çox mənfidir. Hesab edirəm ki, bu, hicab məhbuslarına və ümumiyyətlə bütün siyasi məhbuslara qarşı bu kimi münasibət yolverilməzdir.”





İlahiyyatçı Fərhad Mirzə:
“Bu günki vəziyyətdə ictimaiyyətdə vəziyyətin kəskin şəkildə dəyişməsi vəhhabilərin hakimiyyəti təhdid etməsi məsələsi gündəmdədir. Hacı Abgülün ictimaiyyətə təsirinin güclü olduğunu nəzərə alsaq, mənə elə gəlirki hakimiyyət onu daha məhdud bir vəziyyətdə saxlamaq istəyir. Qorxur ki, Hacının vasitəsilə şiələr də vəhhabilərə adekvat cavab verə bilərlər və vəziyyət daha da korlana bilər. Amma hər kəs arxayın olsun ki, Hacı belə qarşıdurmalara səbəb yaratmaz. Biz bu vəziyyəti Hacı Abgül üçün yaradanlara etiraz edir və onları qınayırıq. Ən azı bir məhbusla belə davranmaq ədalətsizlikdir. Allah hər şeyi daha gözəl bilir.”

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net