Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgülün məhkəmə işində yenilik ola bilər
Hacı Abgül Süleymanovun işindən kassasiya şikayəti verilib

Bu barədə İslamazeri.az-a vəkil Cavad Cavadov məlumat verib.

O, açıqlamasında qeyd edib ki, “Hacı Abgül Süleymanovun işində Apellyasiya məhkəməsi heç bir araşdırma aparmadan, Qaradağ rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Halbuki, Ali Məhkəmə işi qaytaranda bir başa göstərmişdir ki, bu məsələyə məhkəmə istintaqı aparmaqla baxılmalıdır. Çünki birinci instansiya məhkəməsi yalnız və yalnız CÇM-in təqdim etdiyi sənədləri araşdırmışdı. Sənədlərin də içində təqdimatda göstərilən əsasların heç biri öz təsdiqini tapmır. Burada cərimə kamerasına keçirilməsi barədə əmrlər verilib. Amma onlar hamısı qərəzli olaraq verilib. Ümumi sözlərlə yazılır ki, məhkumlar arasında narazıçılıq yaradır, tabeçilik göstərmir və s. Halbuki, Hacı Abgül Süleymanov 13 saylı CÇM-ə göndərilən gündən, məhkumların arasına buraxılmayıb və “kars”da saxlanılıb. Yəni bu insan məhkumların arasında olmaya-olmaya o qaydaları necə poza bilər? Bir də ki, biz apellyasiya şikayətində xahiş etmişdik ki, şahidlər dindirilsin. Təsəvvür edin, təqdimatda yazılıb ki, Hacı Abgül Süleymanov oğru idealarını təbliğ edir. Biz də tələb etdik ki, şahidlər gəlsin, dindirilsin və aydın olsun ki, Hacı kimi təbliğ edib, bu nə idealarıdır belə?! Deyirlər ki, guya zəif məhkumların üzərində nəzarəti ələ almaq istəyib. Təqdimatda belə absurd sözlər yazılmışdı. Təəssüflər olsun ki, Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan Qaradağ rayon məhkəməsinin qərarını qüvvədə saxlamışdı. Bu baxımdan, biz bu qərardan kassasiya şikayəti vermişik ki, məsələyə mütləq baxılsın. Yəni Hacı Abgül Süleymanovun cərimə kamerasına köçürülməsi üçün heç bir əsas yoxdur.

Hacı Abgül Süleymanovla görüşmək barədə verdiyimiz sualı cavablandıran vəkil Cavad Cavadov qeyd edib ki, “Hacı Abgül Süleymanovla hələ ki, görüşə bilməmişik. Hacının hüquqlarını qoruyan digər vəkil Zaman Səmədovla razılığa gəlmişik ki, həftədə bir dəfə o, bir dəfə də mən görüşüm. Yəqin ki, bu həftə Abgül Süleymanovla görüşə biləcəyik.” 

"Əgər Hacı Abgül Süleymanovun kassasiya şikayətinə baxılsa, o zaman Hacı yenidən Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürülə bilərmi?" sualımıza cavab verən Cavad Cavadov bildirib ki, “Bəli, biz kassasiya şikayətində xahiş etmişik ki, məhkəmə prosesi Hacı Abgül Süleymanovun iştirakı ilə keçirilsin. Əgər belə olsa, Hacı Abgül Süleymanov Bakı İstintaq Təcridxanasına (Kürdəxanı) köçürüləcək.”

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net