Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgül: "Onlar "cihad" edərək cəhənnəm qazanırlar"
11 il həbs cəzasına məhkum edilən mübariz ruhani Hacı Abgül Süleymanov İŞİD terrorçularının İraqa hücum etməsi ilə bağlı müraciət yayıb

Tarix bizə sonu çox acınacaqlı olan bəzi insanları, qrupları nümayiş etdirir. Quranın təbiri ilə desək onlar “dünya və axirətdə ziyana düçar olunmuşlar”dır. Bəzən bir qrup şəxs İslam adı ilə dinə zərbə vurmağa çalışıblar, dünyalarını axirətlərinə satıblar. Hazırda özlərini “İŞİD” adlandıran qrup məhz bu təfəkkürdə olanlardır. Bu qrup özlərini Peyğəmbər (s) davamçısı adlandırsalar da, biz praktiki olaraq onların Peyğəmbər (s) sünnəsindən çox-çox uzaq olduqlarını görürük. Peyğəmbərin (s) 73 müharibəsindən hansı birində görülüb ki, qadınlara, qocalara, uşaqlara qarşı zorakılıq edilsin? Harda görülüb ki, Peyğəmbərin (s) döyüşlərində əsir götürülən qadınlara təcavüz edilsin? Amma bu terrorçular heç kimə aman vermir.

Əhli-sünnənin də nəql etdiyi rəvayətdə səhabələr Aişə xanımdan Peyğəmbərin əxlaqı barədə soruşduqda o, “Heçmi Quran oxumursunuz?”-deyə cavab verib.

Gəlin biz o xanımın dediyi kimi Qurani Kərimə müraciət edək və cihadla bağlı bəzi ayələri gözdən keçirək. Quran "Bəqərə" surəsinin 190-cı ayəsində buyurur: “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”

Özlərini Quran ardıcılı hesab edən bu terrorçu qruplaşmasına sualım budur: Quran "sizinlə vuruşanlarla vuruşun" deyir. Axı nə Suriya, nə də İraq xalqı sizinlə döyüşə başlamamışdılar. Niyə onlara belə amansızlıqla hücum etdiniz? Axı Quran bizi həddi aşmamağa dəvət edir. Siz niyə həddinizi aşırsınız? Quranın bu ayəsinə görə siz 2 cəhətdən də günahkarsınız. Sizin bu əməlləriniz sübut edir ki, siz Qurandan da, sünnədən də çox-çox uzaqsınız. “La ilahə illəllah” bayrağı altında müsəlman öldürürsünüz. 

Digər bir ayəyə müraciət etdiyimiz zaman, müsəlmanların ən qərəzli düşməni kimi yəhudiləri qələmə verməsini görürük, “Yəhudiləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən.” (Maidə surəsi, 82 ayə).

Üzümü yenə həmin qruplaşmaya tutub deyirəm. Uzun illərdir ki, yəhudi cinayətkarları Fələstin torpaqlarında müsəlman bacı-qardaşlarımıza zülm edirlər. Öz torpaqlarından xaric etmək istəyir və haqlarını tapdalayırlar. Belə Peyğəmbər (s) ardıcılısızsa niyə müsəlmanların yardımına tələsmirsiniz? Bu addımınız “torbada pişik var” sözünü insana xatırladır. Bizim sizin məzhəb deyil, siyasi bir cərəyan olduğunuzu, Qərbin, Avropanın, İsrailin öz məqsədləri üçün istifadə etdiyi müqəvva olduğunuza yəqinimiz var və sizi İslamdan kənar bilirik. Bu qərara gəlməyə sizin əməlləriniz bizi vadar edir. Siz sadəcə İslam düşmənlərinə xeyir verirsiniz. Yalnız İslama ləkə gətirməyə çalışırsınız. Bilmirsiniz ki, bir kəs bilərəkdən bir müsəlman öldürsə əbədi olaraq cəhənnəmə məhkum ediləcək, ay "cihad" edərək cəhənnəmə gedənlər?!

Xəvariclərin sayı 8 mindən artıq idi. İmam (ə) hamısının kökünü kəsdi. Bu günki xəvariclərin də kökünü Seyid Əli kəsəcək inşallah.

Bunun müqabilində əziz müsəlman bacı qardaşlarıma sözüm budur. Quran "Maidə" surəsi 64-üncü ayəsində buyurur: “Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər”. Bilin ki, biz sahibsiz deyilik. Bizim Allah dostları olan rəhbərlərimiz var, hansı ki, Allah onların əli ilə fitnə və müharibə alovunu söndürər. Bu rəhbərlər İranda Ayətullah Seyid Əli Xamenei, İraqda Ayətullah Sistani, Livanda isə Seyid Həsən Nəsrullahdır. Bu 3 seyidin ətrafından ayrılmayın və qədirlərini bilin! Suriyada müctəhid olmaya-olmaya heç bir nəticəyə nail olmayanlar İraqda şiə aləminin nüfuzlu təqlid mərcəsinin olduğu bir məkanda nəyəsə nail olacaqlarınımı düşünürlər? Bu sadəlövhlükdən başqa bir şey deyil.

İraq bu hücumu gözləmirdi, bu səbəbdən çaş-baş qaldı. Bir müddət sonra bütün bu qruplaşma üzvləri zərərsizləşdiriləcək inşallah. Bu hadisələrdən qıcıqlanmayın və məzhəblərarası vəhdətinizə diqqət edin! Ayətullah Sistaninin təbiri ilə desək, sünnilər qardaşımız deyil, canlarımızdır. Düşmənin sizin vəhdətinizə xələl gətirməsinə izn verməyin! Hamınızı vilayəti-fəqihin ətrafında birləşməyə dəvət edirəm.


Vəssələmu ələykum və rəhmətullah və bərəkətuh.

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net