Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgül Süleymanovun mübarək Ramazan mesajı
Bağışlayan və Mehriban Allahın adı ilə

Dünya yaranandan haqq ilə batilin mübarizəsinə şahid olub. Əsrlərin keçməsinə baxmayaraq, bu mübarizədə bəzən qələbəyə layiq olan haqq, bəzən isə layiq olmadığı halda hiylə və digər vasitələrlə üstünlük qazanan batil qələbə çalıb. İlahi şəxsiyyətlər bu mübarizənin 2 meydanı olduğunu bildirib. Biri torpaq, digəri qəlb.
Sonuncu peyğəmbərin buyurduğuna əsasən, qəlb meydanında gedən savaşın əhəmiyyəti daha çoxdur və Allah dərgahında müqəddəsdir. Belə mübarizənin xairici aləmdə olan düşmənlərlə mübarizədən daha fəzilətli olmasının səbəbi budur ki, fərdlər şəxsiyyət kimi formalaşmasa, cəmiyyətin düşmənlə mübarizəsi faydasız olar. Peyğəmbər (s) öz kəlamlarının birində buyurur: “Sizin ömrünüzün bəzi anlarında xüsusi ilahi küləklər əsir. Çalışın özünüzü o küləklərə tərəf yönəldin.” Belə fürsət və küləklərdən biri qarşıdan gələn mübarək Ramazan ayıdır. Bu ayda biz elə bir daxili düşmənə qalib gəlmək üçün xüsusi fürsət əldə edirik ki, onun məğlubiyyəti xarici düşmənə qarşı mübarizə aparmağa müqəddimədir. Yəni bu ay haqqın qalibiyyəti ilə batini mübarizə meydanlarının gülüstana çevrilmə zamanıdır. Həqiqətən də hansı nemət solmuş ruha ilahi ziyafət üçün açılan süfrədə mənəviyyat suyu ilə həyat verən aydan daha üstün ola bilər? Cəhl və qəflətlə dolu olan bir mühitdə, insanı dünya əsirliyindən azad edib, həqiqi azadlıq məqamı olan bəndəlik barədə düşünməyə vadar edən bir aydan daha üstün hansı nemət ola bilər? Bu ay həqiqətən də ilahi məktəbin ustadlarındandır. Çoxlarının dərk etmədiyi bu ilahi şah əsərdə bədən aclıq və susuzluq, ruh isə başda şəhvət olmaqla digər nəfsə xoş gələn hislər müqabilində müqavimət edir. Allah sanki insanı Qiyamət günü olan imtahana hazırlamaq üçün xüsusi kurs açaraq insanlarla təmənnasız şəkildə məşğul olur. Bu kursda insana aşılanan ilkin düstur budur: “Əgər ruh və cisminin birləşməsini və ilahi dərgaha mütməin (arxayın) nəfs kimi qədəm qoymaq istəyirsənsə, ilk öncə ruh və cismini əsiri olduqları bağlılıqlardan azad etməlisən. Onları fərd olaraq cilalamalısan ki, cəm olaraq ilahi eşqə tərəf yönələ bilsinlər. Bu da müqavimətlə və bu hədəfə xələl gətirəcək şeylərə qarşı mübarizə elan etməklə reallaşar. Elə bu səbəbdən ruh və cisminin bəyəndiyi bu şeylərdən çəkin.” İlahi məktəbdə insanın ruh və cisminin vəhdət təşkil etməsi və bununla da meydanda mənəvi hakimiyyətin bərqərar olması üçün müqavimətin zəruriliyi, digər fundamental prinsiplərdən hesab edilən ədalətli hakimiyyətin qurulması və bu hədəf uğrunda vəhdətin yaranması üçün də, müqavimətin zəruriliyinə sanki bir işarədir. Necə ki, böyük mübarizə meydanı olan qəlbdən qalib ayrılmaq müqavimətsiz mümkün deyilsə, kiçik meydan olan torpaqdan da qalib ayrılmaq müqavimətsiz mümkün deyil. Allah bizim bu ayda hər iki meydanda olan müqavimətimizi gücləndirməyə yardımçı olsun. Vəssələmu ələykum və rəhmətullahi və bərəkatuh."

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net