Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgül məhkəmədə: "On iki İmama xatir 12 il verin"
Hacı Abgül Süleymanovun son məhkəmə prosesi keçirilib(11 Avqust 2012). Hakim Mail Bayramovun sədrlik etdiyi məhkəmə iclasında Ruhani Abgül Süleymanov son söz söyləyib.

 

Məhkəmə iclası saat 12-də başlayıb. Jurnalistlər məhkəmə iclasına buraxılmayıb.

Məhkəmə başlamazdan öncə Hacı Abgül Süleymanov qısa çıxışlar edib. Abgül Süleymanov iclas iştirakçılarına üzünü tutaraq deyib:

Livanda 2 min nəfər şiə Seyyid Həsən Nəsrullahın başçılığı ilə 2006-cı ildə Hizbullah-İsrail döyüşündə Hizbullahı qalib etdi. Onlarda sizin və bizim kimi insanlardı. Onlar göydən zəmbilnən düşməyiblərki... Onlar şücaətləriynən İsrailin ağzını və dişlərini sındırdı. 2 min nəfər İsrail ordusunu yerinə oturtdu. Erməni nədi ki, 20 ildi torpaqlarımızı ala bilmirlər?! Biz azadıq. O ruhani ki, hakimiyyətin islam düşmənçiliyinə etiraz eləmir onlar zindandadırlar. Bilirsiz məhkəməni niyə saat 12 üçün demişdilər? Çünki bilirdilər ki, insanlar qədr gecəsində olacaq və yorulacaq ona görə gələ bilməyəcək. Bunu düşünərək məhkəməni saat 12 üçün dedilər. Allah Quranda buyurur ki, biz böyük əzabdan əvvəl kiçik əzabı bunlara daddıracağıq. Böyük əzab qiyamətdədi. Kiçik əzab bu dünyadı. Hüsnü Mübarək kimilərinin axırı noldu? Hamısı rəzil-rüsvay oldular. Bunlarında axırı elə olacaq. Biz hələ heç bir çətinlik görməmişik."

Daha sonra ruhani Hacı Abgül Süleymanov deyib: "İmam Müseyi Kazım (ə) əlin qolun bağlıyıb zindana saldılar və zindanda şəhid oldu. Amma biz zindanda əzab çəkmirik, əksinə kef edirik. Bu hakimiyyət paklığımızı bizdən ala bilməz. Düzdü cəmiyyətdə əxlaqsızlığı yaya bilər. Amma möminlərin paklığın əlindən ala bilməzlər. Bütün möminlərə gedin deyin, Hacı Mehdi Məmmədov kimi olsunlar, jurnalist Hacı Nicat Əliyev kimi olsunlar. Çünki onlar əsl kişidi! Onlar bir an olsun Allah dinindən geri dönmədilər. Onların təsiri var idi deyə onları həbs etdilər. Haçansa sizində təsiriniz olsa sizidə tutacaqlar. Qorxmayın bu yolun sonunda şəhadət var. Çalışın təsirli olasınız. Hicabı məktəblərdə qadağan edir, çıxırıq öz hüquqlarımızı tələb etmək üçün etiraz aksiyası keçirdirik, deyir ki, aksiyanı İranın tapşırığıynan ediblər. Bir dəfə bu sözü demişəm, indidə deyirəm əgər İran bizə qeyrətimizi qorumağı deyirsə öpürük onların əllərini, amma yox bizim hakimiyyət qeyrətsizliyimizi istəyirsə və şərəfsizliyimizi istəyirlərsə biz elə bir hakimiyyəti qəbul etmirik. Amma bizə İran demir gedin etiraz aksiyası keçirdin. Bunlar yalandan bizi şərləyib həbsə atırlar. Bütün Azərbaycanda İrana qarşı mənfi bir fikir yaradıblar və biz şiələridə bağlıyıblar ora. Bunların başı xarabdı. Öz qızımızın hicabı üçün çıxıb aksiya keçirdirik deyirlər İran deyib aksiya edin. Çünki bunlar özlərini itiriblər bilmirlər nə edirlər.
Bunlar istəyirlər desinlərki bizim dinimiz yoxdu. Görmədiniz Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov nə dedi? Avropaya dedi ki, bizim hökumət nə sünnidi nədə şiə. Baxın görün Avropaya nə demək istəyir?Deyir biz müsəlmançılıqdan çıxmışıq. Bizi özünüzün aranıza qəbul edin. Baxın müsəlman ya sünnidi ya şiədi, üçüncüsü yoxdu. Əli Həsənova deyirlər bəs sən nəsən? Əli Həsənovda deyir biz "şinniyik". Tarix boyu müsəlmanlar ya sünni olub yada şiə. Bu deyir heç biri deyiləm. Belə çıxır təzə məzhəb çıxarmısan özündən adıda "şinnilik". Bu bir başa Avropaya mesajdı ki,biz nə sünniyik nədə şiə. Yəni müsəlmançılıqdan çıxmışıq. Bizi niyə aranıza qəbul etmirsiz? Ölkənin 85 % şiədi,13 % sünnidi,2 faizidə yəhudi, xristian və sayr. İndi sən nə demək istəyirsən nə sünni deyilsən nədə şiə əsl müsəlman sənsən?!
Bu təhqirdi bir başa müsəlman Azərbaycan xalqına. Yəni demək istəyir ki, nə sünni düzdü nədə şiə, bir tək mən düzəm. Sənin nəyin düzdü sən məscid sökürsən, hicaba məktəblərdə qadağa qoyursan! Hələ utanmaz utanmaz deyir biz əsl Peyğəmbərin (s) gətirdiyi müsəlmanıq. Başa düşmədim o hansı İslamdı? Əli Həsənovnan soruşsan Peyğəmbərin (s) gətirdiyi İslam hansı İslamdı, 2 kəlmə bu barədə söz danışa bilməz! Əli Həsənov o sözü havadan demir, ona deyirlər belə de, oda elə deyir. O kalonkadı, mikrafonla yuxarıdan deyirlər buda kalonkadan ətrafa ötürür. Bu nə sözdü deyirsən biz nə sünniyik nədə Şiə. Biz fəxr edirik şiəliyimizlə ,biz fəxr edirik sünniliyimizlə, biz fəxr edirik müsəlmançılığımızla. Bütün Avropa İslama gəlir,bütün dünya İslama gəlir bu deyir biz müsəlman deyilik. Hədisdə var bütün insanlar dünyaya gələndə müsəlman doğulur sonra atası və anası və yaxud olduğu mühit onun dinin dəyişir. Bir neçə səbəbi var insanın dəyişməsinin. Onlardan biridə mühitdi. Diqqətli bir mövzu var burda. Niyə Nuh peyğəmbərin oğlu Kənan yaxşı olmadı? Çünki mühiti xarab idi. Ən böyük təsir mühitdi insanı dəyişir. Bu gün hakimiyyət mühiti xarab edir ki, biz xarab olaq. Niyə Aygün Kazımovanı xalq artisti edirlər, onun üçün xarici lüks maşınlar təşkil edir cangüdənlər tutur. İstəyirlər bütün qadınlara desinlər ki, hər kim Aygün Kazımova kimi olsa maddi durumu onun kimi olacaq. Yəni hər bir qadın Aygün Kazımova kimi faişə olsa imkanlı olacaq, maddi problemi olmayacaq. Bizim qəbahət bildiyimiz şeyləri adiləşdirmək istəyirlər.Bir neçə il bundan əvvəl üzdəniraqlar cəmiyyətdə az sayda idilərsədə indi çoxalıblar.
Hakimiyyət maviləri doldurub küçələrə. Biz bir zamanlar qısa baxış keçiridik gördük ki, 9 ay ərzində Heydər Əliyev sarayının qabağında 7 nəfər mavi var idi ilk əvvəllər. Amma sonra 80 nəfərdən çox qadın paltarında olan üzdəniraq mavi kişiləri yerləşdirdilər Heydər Əliyev Sarayının qabağına. Gedin hamıya deyin ölkədə təhlükə var. Bu gün yatmaq vaxtı deyil, oyanmaq vaxtıdı. Oyanıb ölkədəki zalımları və zülmü tanımaq lazımdı və bu barədə mübarizə aparmaq lazımdı. Bilirsiniz MTN-də Allahşükür Paşazadəyə sansanoviç deyirlər. Bilirsiz bunlar çox gülməli siyasət aparırlar. Deyirlərki din siyasətdən ayrıdı. Bəs niyə Allahşükür üçün dini idarə yaradıblar? Bəs nə üçün deyirsiz din siyasətdən ayrıdı. Bu sizin dediyinizi yalan olduğunu açıq aşkar göstərmir?! Baxın Allah Quranda bir ayədə deyir, Biz Zəburdada demişik, axırda hakimiyyəti verəciyik zəif və məzlum insanlara. Niyə deyir Zəbur kitabında demişik ?Çünki zəbur kitabı hökmdar olan Davud peyğəmbərə gəlmişdi. Bunun vasitəsiynən bildirir ki, ən axırda hakimiyyət veriləcək məzlum insanlara. Bunlar istəyirlər ki, bizim qadınlarımızı soyundursunlar, ətirlərin reklamların üzərinə qadınlarımızın çılpaq şəklini vursunlar. Amma bu olmayacaq. Buna icazə vermiyəcəyik."

Məhkəmə zalında iştirak edən Hacı Abgül Süleymanovun az yaşlı oğlu Muhamməd Cavad Süleymanov atası ilə söhbət edərkən Hacı Abgül maraqlı fikirlər səsləndirib: "Muhamməd Cavad atan Kəbəyə gedəndə ilk nə duası etmişdi? Çünki Allah buyurur Kəbəni ilk dəfə görəndə nə dua etsə bəndə Allah qəbul edər. Mənimdə ilk duam bu oldu ilahi mənə şəhadəti nəsib et".>>

Məhkəmə açıq elan edildikdən sonra Hacı Abgül Süleymanov son sözlə çıxış edib:

«Prokuror 12 il iş istədi, mənə hökm oxunanda bu cəzanı aşağı salmayın. 12 imama xatir 12 il!»

Bundan sonra hakim Mail Bayramov ruhaninin başqa sözü olub olmamasını soruşub. Hacı Abgül isə yox cavabı verib.

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Məhkəmə iclasının ikinci hissəsi 14:30-a elan edilsə də, 16:00-da başlayıb.

Məhkəmə çox gərginliklə başlayıb. Məhkəmə başlamazdan öncə polislər süni gərginlik yaradıb. Məhkəmə başladıqdan sonra hakim şahidlərin ifadələrini elan edib. Lakin ifadələrin dəyişdirilmiş forması qəbul edilib. Məhkəmədə danışdırılan şahidlərin düzgün ifadələri qəbul edilməyib.

Sonda hakim Mail Bayramov məhkəmənin qərarını elan edib:

-CM-sinin 228.1-ci maddəsinə görə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) -2 il;

-CM-sinin 234.1-ci maddəsinə görə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)- 2 il;

-CM-sinin 234.4.3-cü maddəsinə görə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) — 8 il;

-CM-sinin 233-cü maddəsinə görə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə)- 2 il;

-CM-sinin 283.2.1-ci maddəsinə görə (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması)- 4 il;

CM-sinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə 11 il həbs cəzası verilsin və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin.

Məhkəmə qərarını oxuduqdan sonra zalda iştirak edənlər tərəfindən hakimə, prokurora və Azərbaycan İqtidarına lənətlər yağmağa başlayıb.

Proses bitər-bitməz isə məhkəmə binasının önündə və daxilində «Allaha Əkbər», «Zillət bizdən uzaqdır» kimi şüarlar səsləndirib. . Bu zaman əraziyə cəlb olunan polis əməkdaşları süni gərginlik yaradaraq kobudluqla və zor tətbiq edərək dindarları ərazidən uzaqlaşdırmağa çalışıblar. Verilən məlumata görə, dindarlardan həbs olunan olmayıb.

 

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net