Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
13 saylı CÇM-də həbsdə olan mübariz ruhani Hacı Abgül Süleymanov inanclı kəsimə, vicdanlı insanlara səslənib

Məktubu diqqətinizə çatdırırıq:

"Bağışlayan və Mehriban Allahın adı ilə. İslam bayramlara xüsusi önəm verən bir dindir. Lakin bayramların əsas fəlsəfəsi kimi şənlənməyi deyil, insanın öz fitrətinə qayıdış fürsəti kimi istifadə edir. Xüsusən Fitr bayramında möminlər arxaya dönüb mübarək ay boyunca etdiyi əməllərə nəzər salmalıdır, əgər inkişaf ediblərsə şükr, tənəzzülə uğrayıb inkişafdan qalıblarsa istiğfar etməlidirlər. Mən qarşıdan gələn Fitr bayramının bütün müsəlmanlara, xüsusən əziz Azərbaycan xalqımıza bərəkətli olmasını Allahdan diləyir, Allaha xatir azadlıqdan keçmiş şəxslərə diqqət ayıran, maddi-mənəvi dəstək göstərən əzizlərimə minnətdarlığımı bildirirəm.
Qapalı məkanda olsaq da, onların əməllərindən xəbərdarıq və əcrlərini uca Allahdan istəyirik.

Fürsətdən istifadə edib bu savabdan hansısa səbəbə görə kənar qalmış şəxsləri də bu təşəbbüsə qatılmağa dəvət edirəm.
Mübarək Ramazan ayının fəlsəfələrindən biri də acların və əziyyətdə olanların halını dərk etməkdir. Sizi islamçı məhbusların halını anlamağa dəvət edirəm. Məgər aksiyalarda və ya hansısa səbəbə görə şərlənərək azadlıqdan məhrum olmuş möminlər sizin qardaşınız deyilmi? Məgər minbərlərdə, xüsusən cümə söhbətlərində müsəlmanların dərdindən danışılmamalıdırmı? Xüsusən üzümü əziz ruhanilərə və imam cümələrə tutub deyirəm!

Minbərlərdə Qəzzada, Fələstində, İraqda, Suriyada və ölkəmizdə olunan zülmlərdən söz açılmalıdır. Biz zülmə baş əymədik və əyməyəcəyik. Minbərlərdə zülmə məruz qalmışların haqqı tələb olunmalıdır. Ən azı gizlində də olsa, islamçı məhbuslara maddi dəstək göstərilməlidir. Bu o məzlumlara qarşı bəslədiyimiz hislərin həqiqi açıqlayıcısı olacaqdır. Quranın buyurduğu kimi “(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir.” (Bəqərə 195).

Həqiqətən bu gün öz malından islamçı məhbuslar üçün xərcləməyənlər öz əlləri ilə özlərini təhlükəyə atanlardır. Bilin ki, bu gün sizə verilən fürsət bir müddətdən sonra əlinizdən alınacaq. Bu gün malınızı xərcləyə biləcəyiniz məqamlar 10 il sonra yaranacaq məqamlardan fərqli və qat-qat üstündür. Bu fürsəti əldən verməyin! Bu mübarək işdən boyun qaçırmayın! Ay iftarını naz-nemət içində edib, məhbus qardaşlarını xatırlamayanlar!

Biz - Allaha xatir azadlığından keçənlər, zindanlarda arpa çörəyi yeməyə razıyıq. Narahatçılığımız sizə görədir. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, infaq edin. Bu xeyir işdə bir-birinizlə yarışın (Bəqərə 148). Sonda bir daha bu günlərdə qardaşlarını unutmayanlara xüsusi təşəkkürümü bildirirəm. Allah sizi Qiyamət günü Kövsər suyu ilə sirab etsin! 

Vəssələmu ələykum və rəhmətullah."

Digərləri

Leyla xanım Bağırzadəyə məktub
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Abgül Süleymanovun təcridxana xatirələrindən (ikinci hissə)
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Abgül Süleymanovun təcridxana xatirələrindən...
Müqavimətdən əl götürən deyilik!
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
"Bu yolu davam etdirə bilən müqavimətçilər var..."
"Söz içində söz" verilişinin bu dəfəki buraxılışı Hacı Abgül Süleymanovun doğum gününə həsr olunub
Hacı Abgül Süleymanov "20 Yanvar" faciəsindən yazdı
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
Cinayətsiz cəzalar və sarsılmaz müqavimət (Video təhlil)
Ruhaninin məhkəməsi keçiriləcək
"Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik"
"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
Hacı Abgül Süleymanovdan məktub var
Şəhid Mübarizin evini ilk ziyarət edən Hacı Abgül olmuşdu...
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Hacıcan, bilirsən niyə həbs edilmisən?
"Zindanda olmaq məğlubiyyət deyil"
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net