Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
“Milli Mənəvi Dəyərlər” İctimai Birliyi Bakı Əyləncə Mərkəzində bu münasibətlə "İslamçı və Vicdan Məhbuslarıyla Həmrəyik" adlı tədbir keçirib

Tədbirdə ruhanilər, ictimai xadimlər, media təmsilçiləri və inanclılar iştirak edib. Tədbirdə tanınmış qari Hacı Ruslan Qasımov Quran tilavətilə açılış edib. İlk olaraq çıxış üçün söz MMDİB-nin İdarə Şurasının üzvü, İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramova verilib. O, tədbirə təşrif buyuran hər kəsə təşkilat adından öz təşəkkürünü bildirib. Daha sonra Ramin Bayramov tədbirlə bağlı qısa məlumat verərək bunları deyib: "Bu tədbirin mübariz ruhaninin doğum günü münasibətilə təşkil edilməsinə baxmayaraq, bütün islamçı və vicdan məhbuslarıyla həmrəylik məqsədi daşıyır. Belə tədbirlərin məqsədi islamçı və vicdan məhbuslarının problemlərinin aradan qaldırılması, onların ailələrinə dəstək, yaxınları ilə həmrəylik nümayiş etdirilməsidir. Təşkilatımız bu tədbiri bəhanə edərək ölkəmizin inanclı təbəqəsinə islamçı məhbusların səsini çatdırmaq, onların müqəddəs amalları haqda qısa məlumat vermək istəyib". Tədbirdə "Cəfəri Muminin" İlahi nəğmələr qrupu ruhani ilə bağlı yazılmış bəstəni səsləndirib. Ruhaninin şəninə yazılmış mahnı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Daha sonra çıxış üçün söz ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadəyə verilib. Oç Abgül Süleymanov haqda və ölkədə müqavimətin əhəmiyyətindən danışıb. Hacı Zülfüqar din alimlərinə itaətin vacibliyini önə çəkərək, "alimlərin söylədiklərinə əməl etmək və onlara itaət etmək, mömin və möminələrin nicat tapmaqlarına yol açacaq", -deyə vurğulayıb. 

Tədbirdə MMDİB-nin Hacı Abgül Süleymanov haqqında hazırladığı videoçarx tədbir iştirakçılarına təqdim olunub.

Sonra "Müsəlman Birliyi Hərəkatı"nın sədri ilahiyyatçı Hacı Tale Bağırov, MMDİB-nin İdarə Heyətinin üzvü, ilahiyyatçı Hacı Tale Abbasov çıxış edib. Əhlibeyt şairi Hacı Rövşən Quliyev və Qafar Şövqi gözəl şeirlər və qəzəllər səsləndiriblər. Məddah Surxay Qədirxum da Hacı Abgül Süleymanov haqqında hazırladığı mahnını oxuyub. Sonra Əhli-beyt (ə) məddahı Kamran Fərat məhbuslarla bağlı mahnısını oxuyub. Sonda isə MMDİB-dən İslamazeri.az-a tədbirlə bağlı verilən məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “Dünən “Milli Mənəvi Dəyərlər” İctimai Birliyi mübariz ruhani Abgül Süleymanovun doğum günü münasibətilə "İslamçı və Vicdan Məhbuslarıyla Həmrəyik" adlı tədbirə təşrif gətirən bütün qardaş və bacılara, bəylər və xanımlara öz təşəkkürümüzü bildiririk. Tədbirdə yer məhdudiyyətindən bəzi mömin və möminələr ayaq üstə qaldı. Buna görə bütün mömin və möminələrdən üzr istəyir və Allahdan onlara əcr arzu edirik”.

Tədbirdə həmçinin hacı Abgül Süleymanovun həbsdən yazdığı məktub qonaqlar üçün səsləndirilib. Məktubu olduğu kimi oxuculara təqdim edirik. "Bağışlayan və Mehriban Allahın adı ilə. İlahi din və islam ümməti biz müsəlmanlar üçün də Allah təalanın ən böyük əmanətidir. Bu böyük əmanəti qorumaq, hifz etmək saleh bəndələrin və İslam ümmətinin vəhdəti ilə mümkündür. Mən sizin təşkil etdiyiniz bu ad gününü bir bəhanə hesab edirəm. Belə ki, bu tədbirdə zindanda olan dəyərli ruhanilərimiz , müqaviməti öz şücaəti ilə möhkəmləndirən qardaşlarımız yad olsun. İstərdim ki, bu məclis ölkədə dini və milli vəhdətə səbəb olsun. Quran və bir sıra bəzi hədislərə əsasən demək lazımdır ki, vəhdət islam cəmiyyətinin sütunlarını bərkidən əsas amillərdən hesab olunur. Bütün ilahi dəyərlərə nəzər yetirsək vəhdətə və birliyə söykənməklə bərpa edə bilərik. Vəhdət Allahın əmridir. Allaha və axirətə imanı olan hər bir möminə bu əmrə tabe olmaq əqlən və şərən vacibdir. Vəhdət İslam ümmətinin silahıdır. Əgər cəmiyyətimizdə birlik olarsa Allah-təala bizim tövbələrimizi və dualarımızı tez qəbul edər. Mən tam əminliklə deyirəm əgər Allaha xatir bir olsaq İlahi nuru öz ölkəmizə endirə bilərik. Və aramızda olan buzları əritməyə müvəffəq olarıq. Hər kəs bilməlidir ki, müqavimət ruhanilərinin uzun müddətli həbsə düşməsi müqavimətin sonu demək deyil. Bizim kitabımız zindana düşməyimizlə bağlanmayacaq. Allahın izni və yardımı ilə, bizim bu çətin və zəhmətli yollarda əkdiyimiz toxum tədricən cücərəcək və inşallah öz səmərəsini layiqincə verəcək. Salam olsun müqavimətə! Salam olsun müqaviməti dəstəkləyən mömin və möminələrə! Son olaraq tədbirdə cəm olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm... Allahın salam və bərəkəti üzərinizə olsun!"

 

 

 

 

 

 

 

 

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net