Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Maddi qüdrətə söykənən Fironu, Allahın qüdrətinə söykənən Musa (ə) məhv etdi

Allah-Təalanın nazil etdiyi Quran və bütün ilahi hökmlər əsl həqiqətdə insana dəyər, izzət və şərəf vermək üçün endirilmiş bir nurdur. Özünü tanıyan insan daimi həyatını ilahi dəyərlər və şəriət hökmləri əsasında qurmalıdır. Şəriət alimləri belə deyirlər: ağıl odur ki, onunla Allaha bəndəlik edilsin. Bu o deməkdir ki, kimsə akademik, alim kimi tanınırsa onun namazı, orucu, əmr-be-mərufu, nəhy-əz-munkəri, təvəllası, təbərrası, cazibəsi, müdafiəsi mütləq olmalıdır. Əgər bəndəçilik etməsə, ona alim deyilsə də, aqil deyilməz. Adam var (fərq etmir kişi, yaxud xanım) iki universitet bitirib, gəl ki, həyat nə deməkdir bilmir. Xanım da var ki, dərs oxumayıb, lakin həyatı çox yaxşı başa düşür. Bu o demək deyil ki, xanımlar məktəb-mədrəsə oxumasınlar. Dinlər arasında ilk din İslam dinidir ki, xanımlara oxumağı vacib edib. Elm insana o vaxt dəyər verə bilər ki, əməllə və bəndəçiliklə birgə olsun. Hamıya bir sual həmişə maraqlı olub ki, Allah bizi niyə xəlq edib? Ən yaxşı cavabı Qurani-Kərim özü verir: insanları mənə bəndə olmaq üçün xəlq etmişəm. Bu maraqlandığımız sualın ən mükəmməl cavabıdır. Deməli insan ibadətdən başqa işlərlə məşğul olsa, o zaman öz hədəfindən uzaq düşmüş olacaq. Və bu da onun üçün ən böyük azğınlıq və zillətdir. Bəziləri elə bilir ki, ibadət ancaq namaz qılıb, məsciddə “Təvəssül”, “Kumeyl” duası oxumaqdır. Xeyr. İnsanın bütün əməlləri ibadət ola bilər. Biz hər bir işi Allaha xatir etsək, yəni, iqtisadiyyatımızı, siyasətimizi, hökumət qanunlarımızı, ailə quruculuğumuzu Allaha xatir qursaq, İslam ona ibadət deyir. İslamın nəzərində dünya ibadət olunan yer deməkdir. Əgər dünya ibadət olunan yerdirsə, onda insanın bütün əməlləri də ibadət adlanır. Nəticədə insan Allaha bəndə olmalıdır. Dünya məabid (İbadət olunan yer), əməllər ibadət, insan isə abid olmalıdır. Kim abiddirsə, ağıl sahibi də odur. Sual verirlər ki, niyə Həzrəti Muhəmməd (s) hamıdan çox Allaha ibadət edirdi? Çünki onun ağlı hamının ağlından çox idi. İzzət və şərəf bəndəçilikdədir. Allahın yanında ən üstün məqam bəndə məqamıdır. Prezident, nazir və ya deputat yox. Quran və şəriət hökmləri bizi paklamaq üçün nazil olub. Firon Həzrəti Musaya deyir, bu gün o kəs qalibdir ki, onun silahı, sursatı, pulu, gücü və əsgəri olsun: “QƏD ƏFLƏHƏ MƏNİS TƏLA”.

Həzrəti Musa deyir, xeyr. Firon, sənin məntiqin puçdur. Bu gün o kəs qalibdir ki, o nəfsini paklayıb: “QƏD ƏFLƏHƏ MƏN TƏZƏKKA”.

Maddi qüdrətə söykənən Fironu, Allahın qüdrətinə söykənən Musa (ə) dəryada qərq etdi. Bəziləri deyə bilər ki, Musa (ə) peyğəmbərdi, biz isə adi adam. O bunu edə bilər, biz isə yox. Çox uzağa getmək istəmirik. Əsrimizin böyük şəxsiyyəti Həzrəti İmam Xomeyni 2 min 500 illik şahı İrandan qaçırdır. Şah göstəriş verir ki, güllə atın. İmam Xomeyni göstəriş verir ki, tüfənglərin lüləsinə gül qoyun. Şah güllə atır, İmam gül. Gülün gülləyə qalib gəlməsinin səbəbi İmam Xomeyninin paklığı idi. Bu gün bəzi namaz qılanlar da, firon məntiqini qəbul edir. Yəni bu məntiqi düz bilirlər. Amma müqavimətçi möminlər və ruhanilər Musa məntiqini düz hesab edirlər. Mən dünyanın gələcəyini savadlı, ziyalı, oxumuş, nəfsini paklamış müqavimətçi müsəlmanların əlində görürəm.

 İlahi, dünya müsəlmanlarının düşmənlərini zəlil, islamçıları əziz elə! İlahi, günbəgün islamçıları izzətli və hörmətli et!

İlahi, mömin qiyafəsində islamçıların arasında və önündə olanları cəmiyyətdən xaric elə!

İlahi, Amerikasayağı İslamçıları rüsvay et!

İlahi Azərbaycanda və dünyanın bütün ölkələrində müqavimətçi islamçıları, izzətli və hörmətli et!

 İlahi, Quran hakimiyyətini yer üzündə bərqərar et!

İlahi,  Həzrəti Məhdinin (ə.f) zühurunu təcil et!

Amin!

Əssəlamu aleykum rəhmətullahi və bərəkətuh.

Abgül Süleymanov, 8saylı CÇM, 7.09.2015

Digərləri

Abgül Süleymanov ailəsi ilə görüşüb
Hacı Abgül "kars"a salındı - SƏBƏB
Abgül Süleymanov Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdi
Abgül Süleymanov zindandan məktub göndərdi
Möminin əlaməti “Ərbəin” ziyarəti...
MMDİB Hacının ad günündə kimsəsiz uşaqları sevindirdi
Hacı Abgül haqqında dustağın yazdığı şeir
Bəzi namaz qılanlar firon məntiqini qəbul edirlər
Məşhur Kanada jurnalı Hacı Abgül Süleymanovdan yazdı
"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Abgül Süleymanov haqqında ölkə dindarları ilə müsahibə
Abgül Süleymanovun 39 yaşı qeyd olundu (Video, Foto)
Hacı Abgül Süleymanovun
Hacı Abgül haqqında yeni şeir yazıldı
Abgül Süleymanov əməliyyat olunub
Hacı Abgül Süleymanovun səhhətində problemlər yaranıb
Abgül Süleymanov Mövsüm Səmədova başsağlığı verdi
Abgül Süleymanova qarşı təzyiqlərlə bağlı məktub
Abgül Süleymanov həbs müddətinin 1 ilini Qobustanda keçirəcək
Ali Məhkəmə Hacı Abgül Süleymanovun vəsatətini təmin etmədi
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net