Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
Hazırda həbs həyatı yaşayan ruhani Hacı Abgül Süleymanov Aşura münasibətilə məqalə yazıb

"Bismillahir Rəhmanir Rəhim  

İnna Lillah və İnna ileyhi raciun...

Hər kim desəki İmam Hüseynin (ə) Aşurası şiələrə məxsusdur, o İmam Hüseynin (ə) Aşurasını məhdud edib.

Həmçinin, kim desə İmam Hüseynin (ə) Aşurası müsəlmanlara aiddir, o şəxsdə İmam Hüseynin (ə) Aşurasını məhdud edib. Çünki, Aşuranın həqiqəti budur ki, İmam Hüseyn (ə) Aşurası haqqı və azadlığı istəyənlər, zülmə etiraz edənlər üçündür. Əgər dünya müsəlmanları, İmam Hüseyn (ə) Aşurasını dərk etsələr, başa düşsələr vay dünya diktatorlarının, dünya hegemonlarının halına olsun. İmam Hüseynin (ə) Aşurasını insanlara çatdırılmasının qarşısını alanlar bilirlər bunu və hər il yüzlərlə hiylə və təbliğat növü ilə İmam Hüseyn (ə) Aşurasını gözdən salmağa cəhd edirlər. Əlbəttə ki, buna heç vaxt nail olmayıblar və olmayacaqlar. Nə qədərki, Aşura məktəbi başa düşülməyib Fələstin, Qarabağ azad olunmayacaq və işğal altında qalacaq.  

Aşura azadlıqsevərlər üçündür

Çox təəssüflə demək istəyirəm ki, hazırda müsəlmanların əksəriyyəti İmam Hüseynin (ə) Aşurasını başa düşməyiblər. Lakin bəzən müsəlman olmayan biri İmam Hüseynin (ə) qiyamını başa düşür və bir ölkəni azadlığa çıxarmaq istəyərkən, İmam Hüseyni özünə öndər bilir. Buna misal olaraq Hindistanın azadlıq hərəkatının lideri Mahatma Qandini misal gətirmək olar. Onun məhşur cümləsini yada salmaq istəyirəm: “Mən İslamın ən böyük şəhidinin – İmam Hüseynin (ə) həyatını diqqətlə oxumuşam və Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyndən (ə) örnək alıb, onun yolu ilə getsin”. 

  Qara bayraq

İmam Hüseyn (ə) məclisindən düzgün istifadə etmək lazımdır. İslam düşmənləri yüz nəfəri toplamaq istəyəndə yüz minlərlə pul xərcləyirlərki, sözlərini, fikirlərini onlara çatdırsınlar. Lakin, bizlər bir qara bayraq vurmaqla insanlar bu mərasimlərə özləri cəm olur. Bu məclislərdə Fələstin, İraq, Yəmən, Misir, Suriya və Qarabağ məsələlərinə toxunmaq lazımdır. Çünki, bu gün İmam Hüseyn (ə) olsa o Həzrət də, bu məsələlərə toxunardı.  

İmam Hüseyn (ə) zülmə hayqıran öndər...

İmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam (ə) üzünü Hürrün qoşununa tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı: Camaat, Allahın Peyğəmbəri (s) buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə etiraz etməsə, Allah sükut edən həmin şəxsi o hökmdarın düçar olacağı əzaba (cəhənnəm əzabına) düçar edər.” Əziz Peyğəmbərimizdən (ə) nəql olunan hədis səbəb oldu ki, İmam Hüseyn (ə) Kərbəlaya gəlib pak qanına boyandı. İmam (ə) buyurur: “Mən ölümü səadət, zalımlarla yaşamağı isə alçaqlıqdan başqa bir şey bilmirəm.”  Bu gün çoxları deyir ki, biz Əhli-Beytdənik. Əhli-Beyt deyir ki, “zillətə razı olan biz Əhli-Beytdən deyil.”  Allaha pənah aparıram, bir ömür sinə, zəncir vurasan, İmam Hüseynə (ə) ağlayasan, amma zülmə etiraz etmədiyinə görə Məhşərə Yezid kimisi ilə gələsən. Kim kimə tabe olsa, Məhşərə də onunla gələcək...

Abgül Süleymanov"

Digərləri

Leyla xanım Bağırzadəyə məktub
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Abgül Süleymanovun təcridxana xatirələrindən (ikinci hissə)
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Abgül Süleymanovun təcridxana xatirələrindən...
Müqavimətdən əl götürən deyilik!
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
"Bu yolu davam etdirə bilən müqavimətçilər var..."
"Söz içində söz" verilişinin bu dəfəki buraxılışı Hacı Abgül Süleymanovun doğum gününə həsr olunub
Hacı Abgül Süleymanov "20 Yanvar" faciəsindən yazdı
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
Cinayətsiz cəzalar və sarsılmaz müqavimət (Video təhlil)
Ruhaninin məhkəməsi keçiriləcək
"Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik"
"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
Hacı Abgül Süleymanovdan məktub var
Şəhid Mübarizin evini ilk ziyarət edən Hacı Abgül olmuşdu...
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Hacıcan, bilirsən niyə həbs edilmisən?
"Zindanda olmaq məğlubiyyət deyil"
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net