Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Xəbər verdiyimiz kimi dünən axşam saatlarında "Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırov polis bölməsinə çağırılıb.

Xəbər verdiyimiz kimi dünən axşam saatlarında "Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırzadə polis bölməsinə çağırılıb. Polis bölməsində baş verənlər barədə ilahiyyatçı öz "facebook" səhifəsində məlumat yaymışdı. İlahiyyatçı Tale Bağırzadə qeyd edir ki, bölmədə əsr namazının qəzaya getməsinə az vaxt qaldığı üçün namaz qılmağa vaxt istəyib. Buna icazə verilmədikdə isə Hacı Tale Bağırzadə ayağa qalxaraq namaz qılmağa başlayıb. Bundan sonra polis əməkdaşları ruhaninin qollarını tutub, ona namaz qılmağa əngəl olublar. Daha sonra Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev ilahiyyatçıya zərbələr endirməyə başlayıb. Ruhaninin dodağı partlayıb. Bütün təzyiqlərə baxmayaraq o namazını tamamlayıb.

Baş vermiş məsələ ilə əlaqədar 11 il həbsə məhkum edilmiş ilahiyyatçı Hacı Abgül Süleymanov İslamazeri.az-a münasibət bildirib. Hacı Abgül Süleymanov ilahiyyatçıya qarşı olan zorakılıqdan çox narahat olduğunu dilə gətirib:

"Bir müsəlmanın namazına imkan verməmək, hüquqlarını pozmaq, haqqını tapdalamaq nə deməkdir axı?! Ölkədə özbaşınalıq baş alıb gedir! Bütün bunlara etirazlar olmalıdır. Bu hadisə bizi çox narahat etdi. Ümumiyyətlə Hacı Tale ilə bağlı baş verən hadisələrə nəzər saldıqda, istər Gəncə, Yevlax, Şəmkir hadisələri, istərsə də həbsdən çıxdıqdan sonra ona qarşı olan bütün təzyiqlər və sonuncu bu hadisə ki, Hacı Taleyin polis bölməsinə aparılması zamanı onu namaz qılmağa qoymayıb, əl-qol atıblar. Bu məmur özbaşınalığına son qoyulsun! Azərbaycanda ümumiyyətlə gedişat onu göstərir ki, ölkədə məmur özbaşınalığı hökm sürür. Hökumətin içində ABŞ, İsrail və Qərbə bağlı gizli qüvvələr var. Onlar bu işləri ilə əslində prezidentin ayağının altını qazmaqla Heydər Əliyev hökumətini dağıtmaq istəyirlər. Onlar Azərbaycanda hökumət əleyhinə başqa qüvvə qaldıra bilmədiklərindən və islamçıları sıxışdırmaqla öz məqsədlərinə çatmağa çalışırlar. Çalışırlar ki, islamçıları yormaqla, bezdirməklə, narazı kütlənin sayını artırsınlar və hökumətin əleyhinə qaldırsınlar. Son olaraq MTN-dəki həbslər və onların millətə, dövlətə etdikləri xəyanətlər bunun açıq göstəricisidir. Mən bütün islamçı müsəlmanların hamısını tədbirli, təmkinli şəkildə məmurlara, rəsmi dairələrə müraciətlə, dinc aksiyalarla, konfranslarla və bütün ölkə müsəlmanlarını bilgiləndirməklə etiraz etməyə çağırıram. Birinci və axırıncı dəfə olsun mənim doğmam, qardaşım Hacı Taleyə qarşı belə hörmətsizlik edilir. Bu yaxşı nəticə verməyəcək. Bu hökumətlə islamçıları üzbəüz qoymaqdır. Xalqla hökumət arasında narazılıq yaratmağın sonu heç vaxt yaxşı bitməyib. Mən yuxarı dairələrə üzümü tutub deyirəm ki, bu məsələlərin qarşısını alsınlar. Və son olaraq bildirirəm ki, Hacı Taleyə qarşı olunan hörmətsizlik mənə, bütün Azərbaycan ruhanilərinə, ümumən İslama qarşı hörmətsizlikdir. Elə bu səbəbdən də bütün mənim xətrimi istəyənləri, sözümə hörmət edənləri, məni öz qardaşları bilən müqavimətçiləri Hacı Taleyin ətrafında cəm olmağa çağırıram. Bu sözümü müzakirə obyektinə çevirənlərlə heç bir mənəvi əlaqəm yoxdur". 

Digərləri

Leyla xanım Bağırzadəyə məktub
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Abgül Süleymanovun təcridxana xatirələrindən (ikinci hissə)
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Abgül Süleymanovun təcridxana xatirələrindən...
Müqavimətdən əl götürən deyilik!
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
"Bu yolu davam etdirə bilən müqavimətçilər var..."
"Söz içində söz" verilişinin bu dəfəki buraxılışı Hacı Abgül Süleymanovun doğum gününə həsr olunub
Hacı Abgül Süleymanov "20 Yanvar" faciəsindən yazdı
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
Cinayətsiz cəzalar və sarsılmaz müqavimət (Video təhlil)
Ruhaninin məhkəməsi keçiriləcək
"Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik"
"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
Hacı Abgül Süleymanovdan məktub var
Şəhid Mübarizin evini ilk ziyarət edən Hacı Abgül olmuşdu...
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Hacıcan, bilirsən niyə həbs edilmisən?
"Zindanda olmaq məğlubiyyət deyil"
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net