Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Hazırda qapalı tipli həbsxanada həbs həyatı yaşayan Abgül Süleymanovun MTN təcridxanasındakı xatirələrindən yazıb

Abgulsuleymanov.com MTN-nin İstintaq Baş İdarəsinin işdən çıxarılmış rəisi General Mövlam Şıxalıyev və şöbə rəisi Vüsal Ələkbərovla söhbətini təqdim edir.

 

Mövlam Şıxəliyev: Abgül, niyə cərəyan yaradırsan? Sən də başqaları kimi çayın axarıyla ax da.

Dedim: Mən etmirəm Allah edir.

Mövlam Şıxəliyev:  Sən öz elədiyin işləri Allaha bağlama

Dedim: Mən əməllərimi Allaha bağlamıram, Allah özü əməllərini bizə bağlayır.

Mövlam Şıxəliyev:  Nə demək istəyirsən?

Dedim: Allah Quranda buyurur ki, əgər mən bəzilərini bəzilərinin əli ilə zərərsizləşdirməsəydim, dəf etməsəydim, məscid sökülərdi və yer üzündə fəsad olardı. Mən o bəzilərindənəm ki, sənin qarşındayam.

Mövlam Şıxəliyev: : Abgül, bilirsən bizə nə qədər böyük zərbə vurmusan?

Dedim: Nə zərbə?

Mövlam Şıxəliyev:  Bizdən indi imza istəyirlər.

Dedim ki, nə imza?

Mövlan Şıxalıyev susdu və cavab vermədi.

Soruşdum ki, niyə cavab vermirsən, niyə demirsən bilək?

Mövlam Şıxəliyev:  Misirdə olmusan?

Dedim:  Yox

Mövlam Şıxəliyev dedi: Gördün də müsəlman qardaşlar o gözəllikdə Misiri nə günə qoydular. Abgül, sən nə istəyirsən?

Dedim: Mövlam müəllim, biz hakimiyyət istəmirik, sizin olsun. Artıq 3-cü minillikdir hələ də qadınların hüquqları pozulur. Demirsiz demokratik ölkədir, hanı qadın azadlığı?

Mövlam Şıxəliyev:  Nə olub qadınlarımıza, istədikləri kimi geyinirlər, gəzirlər.

Dedim: Söhbət küçə-bazardan getmir, söhbət məktəb, idarələrdən gedir.

Mövlam Şıxəliyev:  Abgül, hicab qaldı mədrəsədə.

Dedim: Xeyr, hicab Milli Məclisə qədər gələcək, inşallah.

Dedi: Bu mümkün deyil. Biz dünyəvi hökumətik

 

Həbs olunmuş MTN-də İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkorovla söhbət...

Vüsal: Abgül, mənə dindən, siyasətdən danışma.

Dedim: Sən mənə elə sual verirsən ki, cavabı ya dinidir, ya siyasi. Çünki məni dinə görə tutublar. Din siyasətdən, siyasət də dindən ayrı deyil. Altı aydır burdayam, bir dəfə də olsun narkotikdən, silahdan sual verməmisiz.

Dedi yaxşı, sual verirəm: Narkotik kimindir?

Dedim: Eldar Mahmudovun

Vüsal gülərək dedi: Sən bilirsən necə mollasan?

Dedim: Necə?

Dedi: Fundamental. Abgül, sən İran mollası kimi danışırsan.

Dedim: Niyə bu qədər İranı pisləyirsiz?

Dedi:  İran inkişaf etməyib, geri qalıb.

Dedim: Vüsal müəllim, İran Yusif peyğəmbərin kinosunu elə gözəl çəkib ki, bütün dünyaya səs salıb. Məxsusən də Azərbaycana.

Vüsal etiraf edib dedi: Hə, Yusif kinosu dəhşət təsir elədi, hətta atam-anam da evdə oturub baxırdılar. Xoşlarına gəlib.

Dedim: Bu inkişaf deyilmi?

 Dedi: Yaxşı-yaxşı bəsdir, məni də özünə tərəf çəkmə.

Ardı var...

Digərləri

Leyla xanım Bağırzadəyə məktub
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Abgül Süleymanovun təcridxana xatirələrindən (ikinci hissə)
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Abgül Süleymanovun təcridxana xatirələrindən...
Müqavimətdən əl götürən deyilik!
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
"Bu yolu davam etdirə bilən müqavimətçilər var..."
"Söz içində söz" verilişinin bu dəfəki buraxılışı Hacı Abgül Süleymanovun doğum gününə həsr olunub
Hacı Abgül Süleymanov "20 Yanvar" faciəsindən yazdı
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
Cinayətsiz cəzalar və sarsılmaz müqavimət (Video təhlil)
Ruhaninin məhkəməsi keçiriləcək
"Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik"
"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
Hacı Abgül Süleymanovdan məktub var
Şəhid Mübarizin evini ilk ziyarət edən Hacı Abgül olmuşdu...
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Hacıcan, bilirsən niyə həbs edilmisən?
"Zindanda olmaq məğlubiyyət deyil"
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net