Əsas səhifə
Zindandan məktublar
Hacı Abgül Haqqında
Videolar
Sizdən gələn məktublar
Bizimlə əlaqə
Hacı Abgül Haqqında
Videolar
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Nurəddin Şirin Abgül Süleymanov barədə köşə yazısı yazıb.

Ey Abgül qardaşım, Sən azadələrin və pak fitrətlərin səsisən! Sən qürurun, səyin, cəsarət və müqavimətin timsalısan! Sən, peyğəmbərin (ə) varisi gerçək bir İslam alimisən! Azərbaycandakı İslami oyanışın güclü dalğaları zalımların saraylarını sarsıtmağa başladıqda, zalımlar ölkədəki dindar insanlara qarşı amansız bir hücum başlatmış; azan qadağasından məscid sökməyə, hicab qadağasından qeyrətli müsəlmanların həpsinə kimi bir sıra zülmlərini səhnəyə qoymuşlar.

Tarixin firon və nəmrudlarının, Əbu Ləhəb və yezidlərinin yolunu gedən zalım rejimlər, imperializmin və sionizmin xidmətində islama qarşı xainliklə və alçaqlıqla döyüş başladarkən əlbəttə ki, islamın müqəddəsatını canlarından daha əziz bilən mübariz və şəhadət aşiqi igidlərin müqaviməti ilə də qarşılaşacaqdırlar.

İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovlardan Hacı Abgül Süleymanovlara qədər neçə-neçə igidlər, Hüseyni iradə və fəryadla ayağa qalxaraq əziz İslamın sahibsiz olmadığını, sionizmin planlarının tətbiq olunmasının qarşısında səssiz qalmayacaqlarını qəhrəmancasına göstərdilər.

Həzrəti Seyidüş-şühəda İmam Hüseyn (ə), Kərbəlaya gedərkən, aqibətinin nə olacağını əlbəttə çox yaxşı bilirdi. Amma o hər şeydən əvvəl, belə bir zamanda zülmə etiraz edilməzsə İslamın fatihəsinin oxunacağını da çox yaxşı bilirdi. Onun çiyinlərindəki məsuliyyət, altı aylıq körpəsi Əli Əsğəri zalımların oxlarına qurban verməyi qəbul edəcək qədər böyük idi. O, pak bədənin ox və nizələrlə parçalanmasına və başının bədənindən ayrılmasına da razı idi. Daşıdığı can və damarlarındakı qan Muhəmmədi İslamın yaşamağına qurban seçilmişdi. Zəmanəmizin Kərbəlalarında, Seyidüş-şühədanın (ə) gerçək varisləri də Aşura mədəniyyəti və şüurunu cəsarətlə yaşatdılar. Həbsləri və ölümləri sevə sevə gözə alaraq, ayağa qalxıb "Zillət bizdən uzaqdır. Biz zülm etmərik, zülmə boyun əymərik" fəryadıyla azğın zalımların üzərinə yürüdülər. 

Ən böyük qələbə, belə bir iradə, əzm və cəsarətlə, can və qan bahasına əziz İslama fəda olmaqdır. Həzrəti İbrahimin (ə) sədaqəti, Həzrəti İsmayılın (ə) təslimiyyəti yenidən Azərbaycanda özünü göstərmişdir.Çünki bu igidlər dəmir barmaqlıqların arxasında da fəryadlarını kəsmədilər, zalımlar qarşısında diz çöküb aman diləmədilər. Əksinə, Aşura qıyamının mesajını zamanlara və nəsillərə çatdıran Həzrəti Zeynəbi Kübranın (s.ə) ibni Ziyad və Yezid ibni Müaviyənin saraylarında yüksəltdiyi fəryadlarıyla zülm və xəyanət nizamının sütunlarını sarsıtdığı kimi, Azərbaycanlı hicab məhbusları da məhkəmə proseslərində zalımların şübhəsiz devriləcəyini dünyaya çatdırdılar.

Onlar müqavimət meydanları kimi zindan və məhkəmə salonlarını da özlərinə Kərbəla bildilər. Onlar "Allahım, bu canımız sənin yoluna, əziz İslamın hökmlərinə va şüarlarına qurban olsun. Qəbul et Allahım" deyərkən, zindanlarda şəhadətləriylə bunu isbat etdilər. Onlar zindanlara başı uca girməyi də, bu zindanlardan tabutlarla çıxmağı da bir qürur və şərəf bildilər.

İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov "Bu gün Allahın bir qulu və Peyğəmbər (ə) ümməti olaraq hamımızın vəzifəsi, bu zülmü insanlara göstərib onun qarşısında dayanmaqdır. Mən sözümü söyləyərək Allah Təbarəkə və Təala qarşısında öz vəzifəmi əncam vermiş bilirəm. Allahım sən şahid ol ki, sənin razılığın üçün etdim Pervədigara. Bundan başqa da heç bir şeyə getməyəcəyik. Ey Hüseyn can! Dünən Kərbəlada köməyinə gələ bilmədik, amma bu gün gəlmişik Ey Hüseyn! Sənin adınla, sənin yolunda uğruna şəhid olduğun bu dini müdafiə etməyə gəldik" deyərək zəmanəsinin zalımına çıxmağın əvəzini 12 il həbs cəzasıyla ödəyərkən, üzü məscid və hicab uğruna aparılan mübarizədən, imperializm və sionizmin qarşısında qürur dolu müqavimət fəryadından parlayan Hacı Abgül Süleymanov qardaşımız da 11 il həbs cəzası alaraq unudulmaz bir dastanı tarixin qızıl səhifələrinə əlavə etdi.

Hacı Abgül Süleymanov, pak ürəyindəki iman, ixlas, sədaqət və təslimiyyətlə yalnız Azərbaycandakı müsəlmanların deyil, yer üzünün bütün saleh qullarının ürəklərində də, bir şərəf və azadlıq bayrağı olaraq yerini aldı. O, zillətə qarşı izzəti seçdi; qorxaqlığa qarşı cəsarəti, təslimiyyətə qarşı qıyamı seçdi. O, dünyəvi arzu və məqamların arxasından deyil, mütməin ürək və nəfs ilə Allahın razılığının ardınca getdi. Onun üçün Rəbbinin rizayəti hər şeydən daha üstün idi.

Abgül Süleymanov, 70 illik kominist diktatorluq dövründə belə müqəddəsatını müdafiə edə bilən Azərbaycanın məzlum müsəlmanları üçün parıldayan bir işıq və şam oldu. O, ürəklərə bir can və ümid oldu. Gediləcək yolu dildə deyil, əməli ilə fəda olaraq göstərdi. O, qorxaq dünyapərəstlərin, iqtidar və mövqe düşkünlərinin yaydığı qaranlığı müqavimət məşəliylə dağıtdı.

Bəziləri zalımlar qarşısında zillətlə diz çökərkən, o müqavimət fəryadlarını yüksəldərək müsəlmanların başını uca etdi.

Təzyiqlər, təhdidlər, həbslər və ölümlər onu yolundan saxlaya bilmədi. Çünki o dərsini İmam Hüseyndən (ə) və zəmanəsinin Hüseynlərinin müqəddəs mehrablarından almışdı. Onun ürəyini ən çox yandıran şübhəsiz ki, kufəlilərin qorxaqlığı idi. Bu səbəbdən, qorxaqlığın bütün səfilliyini parçalayıb igidcə müqavimət meydanlarına atıldı.

Ey Abgül qardaşım, Sən azadələrin və pak fitrətlərin səsisən! Sən qürurun, səyin, cəsarət və müqavimətin timsalısan! Sən, peyğəmbərin (ə) varisi gerçək bir İslam alimisən!

Şübhəsiz ki, Azərbaycanın mübariz övladları səninlə birlikdə zəfər qazanacaqlar, yüksəltdiyin bayraq Azərbaycanın hər yerində dalğalancaq və ilahi ədalət nizamının işıqları bütün Azərbaycanı işıqlandıracaqdır.

Salam sənə və müqavimət dostlarına!
Salam sənə və müqəddəs qıyamına!
Salam sənə, cəsarət və mübarizliyinə!
Salam sənə, zindanlardakı başı ucalığına!
Salam sənə, susmayan fəryadına!

Bu vəsiləylə, Azərbaycandakı bütün mübariz müsəlmanları yenidən bütün ürəyimlə salamlayıram, hicab müqaviməti öndəri əziz qardaşım Hacı Abgülə səbr diləyirəm, almış olduğu həbs cəzasından ötəri təbrik edirəm, İslam ümmətinə iftixarı olan tərtəmiz ürəyindən, sıxılmış yumruqlarından, Azərbaycana müqavimət xəttini gətirən mübarək əllərindən öpürəm.

Nürəddin Şirin

Digərləri

Leyla xanım Bağırzadəyə məktub
Hacı Abgül: Müstəntiqin "Narkotik kimindi?" sualına "Eldar Mahmudovun..." cavabını verdim
Abgül Süleymanovun təcridxana xatirələrindən (ikinci hissə)
Hacı Abgül: Bu məmur özbaşınalığına son qoyulsun!
Abgül Süleymanovun təcridxana xatirələrindən...
Müqavimətdən əl götürən deyilik!
Müsəlmanlar Aşuranı başa düşsələr, vay dünya diktatorlarının halına...
"Bu yolu davam etdirə bilən müqavimətçilər var..."
"Söz içində söz" verilişinin bu dəfəki buraxılışı Hacı Abgül Süleymanovun doğum gününə həsr olunub
Hacı Abgül Süleymanov "20 Yanvar" faciəsindən yazdı
"İslamçı məhbuslara maddi və mənəvi dəstək verməyə tələsin..."
Cinayətsiz cəzalar və sarsılmaz müqavimət (Video təhlil)
Ruhaninin məhkəməsi keçiriləcək
"Biz heç bir partiyanın nə üzvü, nə də cüzü deyilik"
"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
Hacı Abgül Süleymanovdan məktub var
Şəhid Mübarizin evini ilk ziyarət edən Hacı Abgül olmuşdu...
Ey Abgül Süleymanov, Sən şərəf və azadlıq bayrağısan...!
Hacıcan, bilirsən niyə həbs edilmisən?
"Zindanda olmaq məğlubiyyət deyil"
2015-08-07
Fərid Ağayev
Salam Olsun Zindandaki Qardaşim Canim Ağam Haci Abgül Süleymanov-a. Ağamiz Zuhur Edəcək Dar
2015-08-07
Məşədi Hüseyn
Salamun aleykum. Əziz ruhanimiz Hacı Abgül. Mövludun mübarək! Sizə Allahdan bərəkətli ö
2015-08-05
Səlim Ələkbərov
Zindanlar gülü Abgül, Vicdan nisgili Abgül, Ad günün mübarək, Qeyrət bülbülü Abgül.
2015-05-03
Aynur Kərimova
Sizin bu mübarizənizə Allahdan yardım və bərəkət istəyirəm. Sizin həbsiniz zamanı çox
2015-02-19
Mustafa Mustafayev
Allah ecrini versin.Qiyametde Ebelfez aqayla meshur olasan.Amin.
2015-02-04
İbrahim Berat Arat
Türkiyedeki Şialardan Hacı Abgul Suleymanov ve davasına selam olsun.Haklı mücadelenizde he
2014-12-08
R.M
“...Hacı Abgül haqda eşitmişdim. Qardaşlardan biri onun haqqında danışmışdı. Lakin gör
2014-10-02
Amin
allahin salami olsun sizlere
2014-09-15
Aqsin
Allahin salami olsun ruhlari azad olub cisimleri zindanda olan qardaslarimiza.Allah siz mucahidler
2014-08-23
Meryem911
Allahin Salami Rehmet ve bereketi olsun Ehli Beyti sevenlere Amin Allah. Allah lenet etsin Ehli Beyt
Abgül Süleymanov 2013 © Tüm Hakları Saklıdır
Kodlama : Networkbil.net