"Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm"
"Bismillahir Rəhmanir Rəhim
Əvvəla bütün Azərbaycan xalqını, başda mömin-möminələr və hicab məhbusları olmaqla salamlayır və bir neçə gün əvvəl qeyd edilən Xocalı facisəsi ilə bağlı hamıya baş sağl
10/06/2013

Allahdan hamımıza öz vəzifəmizə əməl etməyi nəsib etməsini istəyirəm. Bizlər öz istəyimizi deyil, Allahın istəyinə uyğun addım atmalıyıq. Bunu bilin ki, bizim üçün harda yaşadığımız mühüm deyil, necə yaşadığımız mühümdür. Suda ya quruda, azadlıqda və ya zindanda olmağımızın heç bir fərqi yoxdur. Əsas Allah istəyən kimi, yəni Əhlibeyt (ə) kimi yaşamağımız önəmlidir. Bizdən Qiyamət günü necə yaşadığımız soruşulacaq, harda yaşadığımız çoxda önəm verilməyəcək. 

Mən fürsətdən istifadə edib azadlıqda olan ruhanilərə səslənirəm. Ey ruhanilər!  Sizi and verirəm Allaha vəhdətdə olun və birlik göstərin. Allaha and olsun əgər siz birlikdə “Hicaba azadlıq” desəydiniz Hicab qadağası ləğv olardı. İmamı Məhdinin (ə.f)  səhabəsi olmaq istəyənlər gərək vəhdətdə olsun və ondan da daha önəmli olan dinin müdafiəsini unutmasınlar. 

Gördünüz ki, hicab qadağası Azərbaycan tarixində yeni bir səhifə açdı. Öz əməllərinizlə adınızı bu tarixə qeyd edin. Əlbəttə ki, əməllərlə adınız tarixə düşəcək. Bu tarixin səhifələrində saxtakarlıq olmayacaq, necə olmuşuqsa o cür da adımız həkk ediləcək. Heç nə bizim Dini vəzifəmizə əməl etməyimizə sədd olmamalıdır. Hətta zindan belə. İmam Museyi Kazimi (ə) unutmayın. Məgər İmam Kazımın atifəsi və bu duyğuları yox idi? Məgər o ailəsini və 36 övladını sevmirdi? Niyə ondan örnək almaq belə çətin görünür? 
Əgər İmamlardan örnək almaq çətindirsə, Mövsüm Səmədovdan örnək almağınızı sizə məsləhət görürəm. 
Mən onun kimi qardaşla fəxr edirəm. 

Mənim mənəvi salamımı din qardaşım və mənəvi ustadım olan Hacı Mövsümə çatdırın. O öz vəzifəsinə layiqincə əməl etdi. Mənim onun mübarək əllərindən öpdüyümü ona çatdırın. Ey xaricdə və daxildə olan mömin-möminələr! Sözlərim sizədir:  Hicab məhbuslarını unutmayın və onlardan maddi və mənəvi dəstəklərinizi əsirgəməyin. Çünkü onlar siz və hicabınızın azadlığı uğrunda  həbs olunublar. Onları dualarınızda unutmayın. Məbada insalardan və cinlərdən olan şeytanlar sizi bu işdən qəflətdə qoysun. 
Məbadə Allahdan qəflətdə olasnız. 
Hamımızın Onun hüzuruna gedəcəyimiz günü unutmayın!
Vəssalamu Aleykum və Rəhmətullahi və Bərəkətuh". 

06.03.2013