Mübarək Ramazan ayı istiqamət və mühasibə ayıdır
Bismi Təala.
İnsan həyatı çətinlik və əziyyətlərlə dolu olduğu üçün Allah-Taala oruc tutmaq göstərişi verib və oruc tutmağı insanlara vacib edib.
10/07/2013

 Quran və hədislərə əsasən çətinlik və problemləri rahat həll etmək üçün oruc tutmağın rolu olduqca əhəmiyyətlidir. Biz hər namazda Allahdan kömək diləyərək deyirik: “Yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik”. Allah-Taala kömək yolunu bizə bəyan edib. Amma belə deyil ki, deyək ilahi kömək et və Allah da bizə kömək etsin. Əgər söz yalnız səndən istəyirikdirsə, bunun yolunu Quran bizə öyrədir ki, “Namaz və səbr etməklə kömək istəyirik.”

Bu ayədə səbr oruca təfsiz və tətbiq olub. Sevimli peyğəmbərimizdən nəql olan hədislərin birində buyurulur: “Hər vaxt bir kəsə çətinlik yaxud xüsusi bir hadisə baş versə gərək onu  dəf etmək üçün oruc tutsun.”

Bu orucun nə hikməti var ki, müşkülü həll edir? İnsanı hansı məqama çatdırır ki, çətinliklərə qalib gəlir?

Orucun elə hikmətləri vardır ki, insan ruhunu uca məqama çatdırır. Sevimli peyğəmbərimiz (s) buyurur: “Mübarək Ramazan özündən sonra irs qoyar!”. Soruşdular ki, orucun irsi nə olar ya Rəsulallah? Həzrət buyurdu: “Orucun özündən sonra qoyub getdiyi irs hikmətdir.”

Quran buyurur: “Hər kəsə hikmət verilsə ona çoxlu xeyir verilmişdir”.

Həqiqətən çətinliklər, məhrumiyyətlər qarşısında qorxub geri çəkilirlər. Məsələn 3 gün oruc tutur deyir çox çətindir, 1 ay oruc  tuta bilmirəm.  Mən aclığa-susuzluğa dözə bilmirəm. Bəziləri bunu deməyə utanır, deyir “qastritim var”. Bu sözlərin hamısı bəhanədir. Amma özlərinə inananlar isə bütün həyatlarını çətinliklərin dəf olunmasına yönəldirlər. Çətinlik onları qorxutmur, əksinə daha da mübariz edir. Təfsirçilərin şeyxi mühəqqiq Təbərsi deyir ki, “İsti havalarda oruc tutmaq çətin və əziyyətli olmasına baxmayaraq ,  Allah Taalanın bu nidasını eşitməyin ləzzəti insandan orucun yorğunluğunu, çətinliyini alır”.

Böyük fəqihimiz mərhum Cavahirulkəlamın sahibi buyurur: “Oruc tutmağın hikmətində bu qədər bəsdir ki, insan çoxlu ləzzətləri, işləri tərk etmək nəzərindən mələk oxşarlı olur. Ona görə ki, insan oruc tutarkən qarın fikrindən azad olur və bununla da mələk olmağa yaxınlaşır”.

Mərhum Seyid İbni Tavus  “İgbalul Amal” kitabının 250-ci səhifəsində buyurur: “Seyri süluk Əhlinin ilinin başlanğıcı Ramazan ayıdır. Allah yolçusu öz hesabını mübarək Ramazan ayından gələn mübarək Ramazan ayına qədər hesab-kitab etsin. Ötən Ramazan nə qədər dərəcəsi vardı və bu il hansı dərəcələrə sahib olub, nə qədər dini, əxlaqi, etiqadi, siyasi, mətləb və məsələ başa düşüb, hansı qaranlıq məsələlər onun üçün həll olub, nə qədər günah müqabilində səbirli, qüdrətli olub və nə qədər din düşmənləri müqabilində səbat, istiqamət toplayıb?!”

Mübarək Ramazan ayı bir sözlə desək Allah yolunun yolçuları, Seyri Süluk əhli üçün mühasibə və istiqamət ayıdır. Elə buna görə də İmam Səccad (ə) buyurur: “Heç bir kəs yer üzündə bizim qədər bu aydan istifadə edə bilməyib”.

Pərvərdigara bu ayın rəhmətindən, bərəkətindən, məğfirətindən bu xalqı məhrum etmə. Pərvərdigara dünyanın hər bir yerində zalım rejimlərin əlində məzlum qalmış müsəlmanlara yardım et. Pərvərdigara möminlərə bu aydan layiqincə istifadə etməkdə kömək et. Pərvərdigara möminlərin qəlbini 12-ci imam Həzrəti Mehdinin (ə.f) zühuru ilə şad et. Bu ayı Xalqımıza mübarək et.

Abgül Süleymanov

Kürdəxanı istintaq təcridxanası

10 iyul 2013 - 1 Ramazan