Hacı Abgül Süleymanov "Karvan" jurnalı haqda
Hazırda 11 il zindan həyatı yaşayan Hacı Abgül Süleymanov "Karvan" jurnalı ilə bağlı münasibət bildirib
7/9/2013

Abgulsuleymanov.com saytının verdiyi məlumata görə, ruhani artıq uzun müddətdir ki,  hər ay "Karvan" jurnalını oxuyur.

Bu jurnalın fəaliyyətilə bağlı Hacı Abgül Süleymanov münasibət bildirib.

Bu münasibəti diqqətinizə çatdırırıq:

"Artiq 5 yaşı olan ANSPRESS Nəşriyyat evinin təsis etdiyi "Karvan" jurnalı,  hazırda şef redaktor olan hörmətli İsmayıl Əhmədovun rəhbərliyi altında gözəl surətdə Azərbaycan xalqını İslami və milli dəyərlərlə,  gözəl surətdə maarrifləndirməklə məşğul olmaqdadır. "Karvan" jurnalının redaktoruna deyə bilərəm ki, sizin bu jurnalın oxucularının sayı günü-gündən artmaqdadır. Oxucularınızdan biri də, mən özüməm. Həqiqətən də, bu jurnalın hazırda çox böyük müsbət təsirləri vardır. Şəxsən özüm,  hər ayın əvvəli bu jurnalı əldə edib, oxuyur və hər dəfə yeni bir məlumatla tanış oluram. Ona görə də, müsəlman bacı və qardaşlara bu dəyərli jurnalı almağı məsləhət görürəm. Həmçinin jurnalı oxuduqdan sonra qohum və qonşularınıza, imkan dairəsində zindanda olan məhbuslara göndərməyinizi xahiş edirəm. Bu cür olarsa, hamı bu jurnalı oxuyub bəhrə apara bilər. Belə olan təqdirdə, siz də bu savabda şərik olarsınız. İmam Əli (ə) buyurur ki, hər kəs mənə bir hərf öyrədərsə mən ona qul olaram. Bu nurani hədisdə İmam Əli (ə) elmə verilən dəyəri bəyan edir. Sonda ANSPRESS Nəşriyyat Evinə və jurnalın redaksiya heyətinə,  xüsusilə şef redaktor İsmayıl Əhmədova öz təşəkkürümü bildirir, bu xidmətləri yüksək qiymətləndirirəm. Allah bu jurnalı hazırlayanları, alanları və oxuyanları Quran və Əhlibeyti (ə) dərk etməkdən binəsib etməsin. Allah sizin bu zəhmətinizi qəbr evinizə azuqə etsin. Amin, Rəbbəl Aləmin!

5.09.2013, Kürdəxanı təcridxanası".