Abgül Süleymanovdan bayram mesajı
11 il həbs müddətinə məhkum edilmiş mübariz ruhani Hacı Abgül Süleymanov İmam Zamanın (ə.f) mövludu münasibətilə məktub göndərib
13/06/2014

Abgulsuleymanov.com-a göndərilən məktubda deyilir:

"Bağışlayan və Mehriban Allahın adı ilə.

Bu gün vahid nurun 14-cü parçasının yer üzünü nura qərq etdiyi gündür. Bu günün mahiyyətini dil deməkdən, qələm yazmaqdan acizdir.

Ədalətli hakimiyyət quracaq olan bir şəxsin, zühuru ilə dünya səhrasına mənəviyyat baharını gətirəcək birinin, dünya yarandığından yer üzündə zülmə məruz qalan bütün saleh şəxslərin xüsusilə cəddi Hüseynin (ə) qisasını alacaq birinin doğumu axı necə mübarək olmaya bilər?

Ama diqqət edəcəyimiz məqam budur ki, İmam zühur etdiyi zaman Kəbə evinə söykənərək "Agah olun ey insanlar! Mən Məhdiyəm. Cəddim Hüseyni susuz öldürdülər." Deyə xitab edəcək.

Bunun mənası budur ki, biz o ağanın zühuruna qədər imam Hüseyni (ə) tanımalı və bütün bəşəriyyətə tanıtdırmalıyıq ki, imam bu xitabı etdiyi zaman cəddini tanımayan qalmasın. Allah bizi imam Zaman ağanın razılığını əldə edə bilənlərdən və zühuruna qədər cəddini tanıtdıranlardan qərar versin.

 

Abgül Süleymanov

13 İyun 2014

8 saylı qapalı CÇM"