"Müqavimət övladları olaraq müqavimət ağasını təbrik edirik"
Xəbər verdiyimiz kimi bu gün mübariz ruhani Hacı Abgül Süleymanovun doğum günüdür
11/8/2015

Bu münasibətlə 16 saylı CÇM-də saxlanılan Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Royal Əsgərov, Bəxtiyar Qurbanov, Elşad Rzayev, Telman Şirəliyev və digər islamçı məhbuslar Hacı Abgül Süleymanovu təbrik ediblər.

Məktubu oxucuların diqqətinə çatdırırıq: “Bağışlayan və Mehriban Allahın adı ilə. Bu gün əziz qardaşımız, Hacı Abgül Süleymanovun 39 yaşı olur. Bu münasibətlə müqavimət övladları olaraq müqavimətin ağasını, daha sonra dostlarını və yaxınlarını təbrik edirik.

Bildirmək istəyirik ki, Hacı Abgüllə bizim fərqli zindanlarda olmağımıza baxmayaraq, daima qəlbimiz, ruhumuz bir yerdədir. Bizlər ad gününü qeyd etdiyimiz şəxsin dediyi kimi, özümüzü müqavimətin övladları sayırıq. Bu yolda bizə heç bir vaxt dəstəyini əsirgəməyən və öz mesajları ilə iradə və ruhiyyəmizi gücləndirən Hacı Abgülə borcluyuq.

Odur ki, zindanda olmağımıza baxmayaraq bizlər Hacı Abgül Süleymanovun hər bir mesajına “ləbbeyk” deyir, onu müqavimətin öndəri kimi başımızın üstündə hiss edirik.

Allah Həzrəti Mehdinin gəlişilə yer üzündə zülmün kökünü kəssin və Hacı Abgül kimi şəxsiyyətləri o Həzrətə əsgər qərar versin!"